Bütün xəbərlər
"İndiki nəticəyə görə, Azərbaycan pandemiya ilə mübarizədə ən yaxşılardan biridir"-Vüsalə Mahirqızı yazır
Tarix: 27-03-2020 16:53 | Bölmə: Gündəm
"Rəsmilərin internet mediada video müraciətləri, müsahibələri və vəziyyətlə bağlı video reportajların artırılması yalnız müsbət nəticəyə kömək edər"-VÜSALƏ MAHİRQIZI

Sabaha-inamla.Az “APA Holding”in rəhbəri Vüsalə Mahirqızının sosial şəbəkədə koronavirusla bağlı yazdığı fikirləri, təklifləri oxucuların nəzərinə çatdırır:

-Koronavirus pandemiyası ilə bağlı dövlətin apardığı profilaktik və preventiv tədbirlər doğrudan da təqdirəlayiqdir. Məlumatlandırma və maarifləndirmə prosesi də dayanmadan davam edir. İndiki nəticəyə görə, Azərbaycan pandemiya ilə mübarizədə ən yaxşılardan biridir. Belə davam eləməsi üçün vətəndaş məsuliyyətimizin dərk edilməsi, qaydalara əməl olunması və məlumatlandırma, maarifləndirmə prosesinin davam etməsi vacibdir.
Televiziyaların apardığı məlumatlandırma prosesi ilə yanaşı online mediadakı prosesdə video kontentin artırılması yaxşı olardı. Bu sirr deyil ki, müasir insan üçün internet mediadan oxuduğu və izlədiyi daha real və inandırıcı gəlir. Bu, psixoloji məsələdir, insan gördüyünə daha çox inanır. Ona görə də rəsmilərin internet mediada video müraciətləri, müsahibələri və vəziyyətlə bağlı video reportajların artırılması yalnız müsbət nəticəyə kömək edər.


Baxış sayı: 524


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı