Bütün xəbərlər
Prezidentin çağırışına qoşulan Qənirə Paşayevadan iş adamlarına MÜRACİƏT
Tarix: 20-03-2020 02:51 | Bölmə: Gündəm
       

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva da "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na vəsait köçürəcək.
Bu barədə Modern.az-a millət vəkilinin özü məlumat verib.
Q.Paşayeva qeyd edib ki, bu fondun yaradılması Prezidentin hər bir azərbaycanlının səhhətinə, onun sağlamlığına necə yanaşmasının göstəricisidir:  “Cənab Prezidentin bu təşəbbüsünə böyük məmnuniyyətlə qoşulduğumu bildirirəm və fondun bank hesabı açılan kimi ora vəsait köçürəcəyəm. Cənab Prezident hər bir azərbaycanlının, hər bir vətəndaşın onun üçün, dövlətimiz üçün nə qədər dəyərli olduğunu və dövlətin öz vətəndaşlarına necə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi. Ötən gün koronavirusla mübarizə aparan səhiyyə işçilərinin əmək haqları ilə bağlı verdiyi qərar, bu gün isə xüsusi olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunu yaratması cənab Prezidentimizin xüsusi qayğısının təzahürüdür. Bu qərarları alqışlayır və bəyan edirəm ki, fondun bank hesabı açılan kimi əmək haqqımın böyük hissəsini ora köçürəcəyəm”.
Q.Paşayeva  imkanlı şəxsləri bu təşəbbüsə qoşulmağa çağırıb:  “Azərbaycan dövləti koronavirusla mübarizədə də nümunəvi addımları ilə fərqlənir. Dövlətin bu cür qayğısı, çevik addımları və fəaliyyəti hər birimizin üzərimizə böyük məsuliyyət qoyur. İnsanlarımız koronavirusa qarşı mübarizəyə öz səhhətlərinə biganə yanaşmamaqla dəstək verməlidirlər. İş adamlarımız isə bu məqamda Prezidentimizin təşəbbüsünə qoşulmalı və Fondun genişlənməsinə çalışmalıdırlar. Ona görə də iş adamlarına da müraciət edirəm ki, bu çağırışa qoşulsunlar və Azərbaycanın koronavirusla mübarizədə apardığı mücadiləyə maddi dəstək versinlər”.


Baxış sayı: 461


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı