Bütün xəbərlər
Naxçıvana gedən maşınlara heç bir məhdudiyyət qoyulmayıb - Generaldan açıqlama
Tarix: 24-02-2020 20:25 | Bölmə: Gündəm

                Naxçıvana gedən maşınlara heç bir məhdudiyyət qoyulmayıb

Naxçıvan Muxtar Respublikasına İran vasitəsilə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barədə KİV-lərdə gedən məlumat həqiqəti əks etdirmir. 
Bunu "Qafqazinfo"ya açıqlamasında Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi general-leytenant Abbas Xəlilov bildirib. 
Onun sözlərinə görə, bir neçə saat bundan əvvəl dövlət komissiyasının üzvlərinin, bir neçə qurrum rəhbəri və yüksək vəzifəli şəxslərinin iştirakı ilə Astara  və Biləsuvar buraxılış məntəqələrinə baxış keçirilib. Buraxılışın dayandırılması və sərhədin bağlanması ilə bağlı məlumat heç də həqiqəti əks etdirmir. Müəyyən məhdudlaşmalar var, vətəndaşlara izahedici və maarifləndirmə işinin aparılması nəticəsində sərhəddə intensivliyin azalması mövcuddur.
Naxçıvan MR-lə bağlı isə  ümumiyyətlə heç bir problem yoxdur. İstər Naxçıvana gedən yük maşınları, istərsə də sərnişin avtobusları və ya fərdi nəqliyyat vasitələrinin hərəkətinə nə İran, nə də Azərbaycan tərəfindən heç bir məhdudiyyət tərbiq olunmayıb. Bu məlumatlar həqiqətə uyğun deyil.


Baxış sayı: 448


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı