Bütün xəbərlər
Zakir Qaralov ona yeni vəzifə verdi - Foto
Tarix: 18-02-2020 18:52 | Bölmə: Gündəm

                 Zakir Qaralov ona yeni vəzifə verdi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Baş prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib. Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, Baş İdarənin rəis müavini vəzifəsində daha əvvəl baş ədliyyə müşaviri Orxan İsayev çalışıb. O, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.
 


Baxış sayı: 568


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı