Bütün xəbərlər
Bu gün Azərbaycanda parlament seçkiləri keçirilir
Tarix: 09-02-2020 05:05 | Bölmə: Gündəm

                  Bu gün Azərbaycanda parlament seçkiləri keçirilir

Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
“Qafqazinfo” xəbər verir ki, seçicilər 125 dairə üzrə 5573 seçki məntəqəsində səs verəcək.
5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək. Səsvermə saat 08:00-da başlayıb 19:00-da yekunlaşacaq.
Yeni Azərbaycan Partiyası (YAP) 122, Müsavat Partiyası 23 nəfərlə, Ümid 19, BAXCP 13 VAP partiyası 12 nəfərlə seçkilərə qatılıb.
Mübarizə aparacaq namizədlərdən 21 faizi qadın, 79 faizi isə kişilərdir.
Seçkini 77 790 yerli müşahidəçi izləyəcək. 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Prosesi 132 beynəlxalq KİV təmsilçisi işıqlandıracaq. 


Baxış sayı: 494


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı