22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Atalar üçdən deyib
Tarix: 29-01-2020 21:28 | Bölmə: Gündəm


Atalar üçdən deyib<b style="color:red"></b>

ƏLABBAS

Növbədənkənar Parlament seçkilərində 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Qorxmaz Əbülfəz oğlu İbrahimlinin təqdimini, düşünürəm ki,  yüksək patetik epitetlərlə verməyə elə bir gərək yoxdur. 

Onu həmişə yüksək ideallardan söz açan görmüşəm və bu, yalnız məndən ötrü yox, onunla ünsiyyətdə olanların hər biri üçün artıq çoxdan adətə çevrilib. Bu, tək ona görə deyil ki, Qorxmaz İbrahimlinin damarlarından     ədəbiyyatımızda öz sözü, öz yeri olan nasirlərdən biri Əbülfəz İnfiloğlunun qanı axır.  Heç ona görə də yox ki, Qorxmaz bəy bu gün adı müasir Azərbaycan poeziyası ilə assosiasiya olunan Böyük Məmməd Arazın dost-doğma qardaşı oğludur.  Onun tərbiyəsini alıb, eyni zamanda, əxlaq və bədii-estetik düşüncəsinin daşıyıcısıdı.  Həm də ona görə ki, aradan bir əsr ötməsinə baxmayaraq, Zəngəzur uğrunda gedən ölüm-dirim savaşında (1918-1920-ci illər) göstərdiyi şücaətlərdən dolayı adı Naxçıvan çuxurunda hələ də dillər əzbəri olan babası İnfil İbrahimov kimi adlı-sanlı bir kişinin ocağında dünyaya gəlib. Qorxmazın bir insan kimi formalaşmasında bu üç faktorun müstəsna rolu olduğunu  istisna etməmək şərtilə, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən olan seçicilərin nəzər-diqqətinə  çatdırmaq istərdim  ki,   Qorxmaz bəy səksəninci illərin sonundan, yəni birbaşa tələbəlik illərindən ictimai-siyasi proseslərə qoşulmasaydı, bu gün ədəbiyyat və mədəniyyətimiz onun simasında, heç şübhəsiz, nadir istedadlardan birinə sahib  olardı. Hərçənd  şəxsən məndən ötrü Qorxmaz bəyin yazmadığı kitablar bu gün - axmaqların danışıb, ağıllıların susduğu indiki dövrdə - başqalarının yazdığı kitablardan qat-qat üstündür. Ümidvaram ki, vaxt gələcək biz o kitabların oxucusu olmaq imkanı əldə edəcək, ən azından bilmədiyimiz, eşitmədiyimiz bir çox mətləblərdən məhz Qorxmaz İbrahimlinin memuarları vasitəsi ilə tanış olacağıq. 
Bununla belə, deməyi özümə borc bilirəm ki, ictimai-siyasi proseslər, zamanın bulanıq suları, müstəqilliyimiz uğrunda ağrı-acı dolu mücadilələr bir çoxu kimi, Qorxmaz bəyi həyat və yaradıcılıq səhnəsindən uzaqlaşdıra  bilmədi. Əksinə, otuz illik qaynar fəaliyyət (1990-2020) onu daha mətin, daha əzmkar və mübariz bir siyasət adamına çevirdi. Hələ erkən gənclik illərindən ona xoş gələcək, etibarlı təminat vəd edən Prezident Administrasiyasındakı işini yarımçıq qoyaraq öz fəaliyyətini partiya sıralarında davam etdirməyə üstünlük verməyi onun nə qədər fərqli düşüncəyə malik olduğunun bir daha təsdiqinə çevrildi.  Bu gün o, bir neçə QHT-nin yaradıcısı və sədridir. İctimai sektorda yeni formalardan olan "A" QHT klubunun təsisçilərindən olmaqla bərabər, hazırda Milli QHT Forumunun İdarə Heyətinin sədridir. 2008-ci ildə müxalif Aydınlar Partiyasının yaradıcılarından biri olub və indiyədək partiya sədrinin birinci müavini kimi fəaliyyətini davam etdirir.
Seçki marafonunun öz apogeyinə yaxınlaşdığı bu günlərdə 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən olan seçicilərə sözüm budur ki,  bununla artıq üç dəfə - 2000, 2010 və fevral ayının 9-da keçiriləcək növbədənkənar Parlament seçkilərində deputatlığa namizədliyini irəli sürən Qorxmaz İbrahimlinin nüfuz dairəsi tək sözügedən rayonun ərazisi ilə məhdudlaşmır. Sizin namizədiniz respublikaca məşhur, sadə, işgüzar, ləyaqətli bir insan olmaqla bərabər, problemlərinizi həll etməyə qadir gənc, enerjili, məsuliyyətli və dəyərli bir ziyalıdır.  Əgər arzuolunmaz, dinib-danışmayan personaları bir daha Milli Məclisdə görmək istəmirsinizsə, səsinizi millət vəkili adı qazanmağı haqq edən Qorxmaz İbrahimliyə  etibar edin. Siz bununla həm  zamanın hökmünü sivil qaydada  dəyişməyə nail olar, həm  seçiminizdə nə qədər haqlı olduğunuza şahidlik edər, həm də qiymətli səsinizə sahib çıxmış olarsınız. Hər birinizə uğurlar!


Baxış sayı: 548


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı