Bütün xəbərlər
Qorxmaz İbrahimli görüş zamanı seçicilərin problemi ilə tanış olub
Tarix: 23-01-2020 23:02 | Bölmə: Gündəm
Bu gün 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Mill Məclis üzvülüyünə namizəd Qorxmaz İbrahimlinin Binəqədi sakinləri ilə görüşü baş tutub.
Görüşdə vətəndaşları diqqətlə dinləyən Qorxmaz İbrahimli, millət vəkili seçiləcəyi təqdirdə onların problemlərini səlahiyyətləri daxilində həll edəcəyinə söz verib.
Qorxmaz İbrahimlini diqqətlə dinləyən yerli sakinlər, onu parlamentdə görmək istədiklərini bildirib və uğurlar arzulayıblar.
Qorxmaz İbrahimli görüş əsnasında azyaşlı dinləyicilərini də unutmayıb. Belə ki, o, onu diqqətlə izləyən uşaqlara xüsusi maraq göstərib, onların dərsləri ilə maraqlanıb və onların hər birini gələcəyin millət vəkilləri adlandırıb.
Qorxmaz İbrahimlinin çıxışı az zamanda böyük marağa səbəb olub və onun çıxışını dinləmək üçün əraziyə çox sayda insan toplaşıb.
Sabaha-inamla.Az




Baxış sayı: 611


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı