Bütün xəbərlər
Sumqayıtda parlament seçkiləri ilə əlaqədar maarifləndirmə işinə start verildi
Tarix: 22-01-2020 21:48 | Bölmə: Gündəm
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 21 yanvar 2020-ci il tarixində Sumqayıt Dövlət Texniki və Musiqi Kolleclərində ilk dəfə səs verəcək gənclərin iştirakı ilə seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun baş məsləhətçisi Pərvin Rəsulov iştirakçıları salamlayaraq, Respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından, Milli Məclisə keçirilən seçkilərin ölkəmiz üçün əhəmiyyətindən danışdı. Qeyd edildi ki, tədbirin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrası, gənclər arasında seçkilərdə iştirakın təbliği, seçkilərdə ilk dəfə iştirak edən gənclərin seçki prosesi, seçkilərdə iştirak hüququ, seçicilərin hüquq və vəzifələri, səsvermə proseduru barədə maarifləndirilməsidir.
Sonra təlimçi Ramil Süleymanov iştirakçılara seçkilərdə iştirak hüququ, səsvermə proseduru barədə ətraflı məlumat verərək, qanunla hüquqları məhdudlaşdırılmayan 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının öz səsvermə hüququndan istifadə etməklə əslində seçki obyektivliyini təmin etmiş olacağını bildirdi.
Sonda gəncləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmış, iştirakçılara maarifləndirici bukletlər paylanılmışdır.
Sabaha-inamla.Az







Baxış sayı: 571


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı