Bütün xəbərlər
75 saylı Lənkəran Masallı seçki dairəsindən deputatlığa namizəd Rövşən Qasımovun seçicilərinə müraciəti
Tarix: 21-01-2020 21:36 | Bölmə: Gündəm
"Deputat öz xalqının xıdmətçisi olmalıdır"- Rövşən Qasımov

Mənim əziz həmvətənlərim , yerlilərim , analarım , baclıarım , qardaşlarım . Mən bu yola ona görə çıxmadım ki , Sizin səsiniz almaqdan ötəri Sizlərə yalan vədlər verib , sonra Sizlərin lənəti ilə lənətlənim. Mən bu yola ona görə çıxdım ki , Sizin üçün görəcəyim işlərə görə dualarınızı qazanım. Məqsədim harda olmağımdan asllı olmayaraq Sizlərə xidmət edim. Azərbaycanda Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında geniş miqiyaslı islahatlar aparılır. Bu islahatların başlanmasında məqsəd Sizlərin daha yaxşı yaşamağınızı təmin etməkdir. Bu gün içərimizdə və xaricdə olan anti-Azərbaycan qüvvələr bu dəyişikliklərə mane olmağa, islahatlara kölgə salmağa və aparılan yeniləşməyə mane olmağa çalışır. Amma bizlər Azərbaycan xalqı olaraq başlanılan bu islahatlara dəstək olmaqla, bu islahatların aparılmasına mane olan kim varsa kənara atmaqla öz yolumuzla getməliyik. 9 fevral 2020-ci ildə keçiriləcək seçkilərə Sizin inamınızı azaltmağa yönələn anti-seçki təbliğatı aparılır. Sizlərdə belə bir fikr formalaşdırılmağa çalışılır ki , güya Sizlərin verdiyiniz səsinizin və seçkilərdə iştirakınızın heç bir mənası yoxdur. Lakin bu anti-təbliğat yalan və iftiradan başqa bir şey deyildir. Bu anti-təbliğatın arxasında Sizlərdə biganəliyin formalaşmasına və seçkilərdə iştirak etməkdən yayındırmağa xidmət edir. Əsla bu deyilənlərə inanmayın. Seçkilərdə iştirak etməklə bizlər həm də Azərbaycanda aparılan islahatlara öz dəstəyimizi nümayiş etdiririk. Mən deputatlığa namizədliyimi verərkən qarşıma bir məqsəd qoydum . Azərbaycana , Azərbaycan xalqına , Azərbaycan Dövlətçiliyinə , Seçicilərimə xidmət etmək. Mən Sizin səslərinizi qazanmaq üçün Sizlərə dağlar vədd etməkdən uzağam. Mən həmişə sizlərin yanınıda olmaqla problemlərinizi müəyyən edib, həll edilməsindən ötrü müvafiq orqanlara müraciət etməklə, onların həlli üçün bacardığım hər şeyi edəcəm. Mən bu yola çıxmadım ki , dünyadan köçənlərimə Sizlərin lənətini qazanım. Mən bu yola ona görə çıxmadım ki, dirilərimi Sizlər tərəfindən təhqir etdirim. Mən bu yola ona görə çıxdım ki , Sizlərin xeyr-duası həmişə mənimlə olsun. Sizlərin problemi , mənim problemimdir. Sizlər evlərinizdə rahat olanda mən rahat ola bilərəm. Mənə seçkilərdə səs verən , verməyən seçici evində rahat yata bilmirsə , firavan dolana bilmirsə, mənim evimdə rahat yatmağa mənəvi haqqım yoxdur. Mən mütanadi olaraq hər bir kənddə insanlarla görüşüb onların hər bir istəyinə- probleminə qulaq asıb həlli yoların axtarıb tapmaqla onlara layiqli deputat xidməti görstərəcəyimdən hər bir seçici əmin ola bilər. Mən öz həyatımın qalan hissəsin Sizlərin xidmətçiniz olaraq keçirmək məqsədi ilə Sizlərin səsinizə ehtiyacım var. Mən onu bilirəm ki , deputat öz xalqının xıdmətçisi olmalıdır. Seçicilər deputatı görmək üçün uzun yol qətt edib harasa getməməlidir. Deputat ayda ən azı bir dəfə seçiciləri ilə birgə olmalı , onların arasında olub seçicilərini dinləməlidir. 9 fevral 2020-ci il tarixdə seçki məntəqəsinə gedin. Həyatınıza , özünüzə , gələcəyinizə , övladlarınıza biganə qalmayın. Sizlər seçkilərdə iştirak etsəniz, istədiyiniz namizədin seçilməsinə nail olacaqsınız. 9 fevral 2020 –ci ildə seçki məntəqəsində olun Qasımov Rövşən Əliqasım oğluna səs verin və şahid olun ki , Sizin səsiniz əsasdır. Mənə səs versəniz, Siz heç zaman seçiminizdə peşmaçılıq hissi yaşamayacaqsınız. Həmişə Sizlərin yanında olmaqla, Sizlərin problemlərini səlahiyyətim daxilində həll etməyə çalışacam.Buna namusum və şərəfim üzrə and içirəm.


Baxış sayı: 1 140


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı