Bütün xəbərlər
Sumqayıt Dövlət Dram Teatrının kollektivi Şəhidlər xiyabanını ziyarət etdi
Tarix: 20-01-2020 01:05 | Bölmə: Gündəm

İyirmi yanvar tariximizin  həm kədərli məqamıdır, həm də qürur yerimizdir.Xalqımızın qan yaddaşına qəhrəmanlıq  günü kimi  əbədi həkk olunan Yanvar faciəsinin 30-cu  ildönümü ölkənin hər yerində olduğu kimi Sumqayıtda da  kütləvi qeyd olundu.  Böyük izdihamla müşaiyyət  olunan anım mərasimində  Sumqayıt Dövlət Dram Teatrının  rəhbərliyi və işçi heyəti  yer aldı.Hər zaman repertuarında vətənpərlik mövzusuna, maarifləndirici,  eyni zamanda tarixi əsərlərə xüsusi yer verən Sumqayıt Dövlət Dram Teatrının  kollektivi Şəhidlər xiyabanını ziyarət etdi. Teatrın drektoru, əməkdar artist Mübariz Həmidov və yaradıcı heyət xiyabanda  şəhid məzarlarına gül dəstələri qoydular. Yaradıcı həyət bir daha  o günlərə tarixi  ekskurs etdi.
         Qəhrəmanlıq tarixi, cəsurluq dərsi, mücadilə qüdrəti olan millət hər zaman mənəvi varlığını qoruyacaqdır. Nə xoş ki, bu keyfiyyətlərə sahib olan Xalqımız bu gün  Heydər Əliyev ideyalarının işığında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilənurlu  sabaha doğru inamla irəliləyir.
Sabaha-inamla.Az





Baxış sayı: 495


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı