Bütün xəbərlər
Sumqayıtda “20 Yanvar Faciəsi”ilə bağlı tədbir keçirildi
Tarix: 17-01-2020 18:19 | Bölmə: Gündəm
     20 Yanvar – Ümumxalq Hüzn günü ilə əlaqədar Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində rəsm sərgi müsabiqəsi və dəyirmi masakeçirilib.
Əvvəlcə qonaqlar Mərkəzin sərgi salonunda Bakının küçələrində azadlıq istəyən geniş xalq kütlələsinə qarşı sovet ordusunun döyüş hissələrinin törətdiyi misli görünməmiş faciəni əks etdirən rəsm sərgisinə baxış keçiribvə gənclərin ifasında şeirlər dinləndirilib.
Sonra “20 Yanvar Faciəsi” ilə əlaqədar hazırlanmış video çarx nümayiş olundu.
Daha sonra Mərkəzin Konfrans zalında davam edən tədbirdə çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətovkeçmiş sovet dövlətinin hərb maşınının 1990-cı ilyanvarın 19-dan 20-nə keçən gecəAzərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdənbiri olduğunuqeyd etdi. Bildirildi ki, yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1990-cı il “Qanlı Yanvar Faciəsi” nə siyasi-hüquqi qiymət verildi və terror aktının beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində mühüm işlər görüldü. Prezident cənab İlham Əliyevin tapşırığı ilə 2009-cu ildə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi inşa olundu. Hər il xalqımız igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, əziz xatirələrini böyük ehtiramla yad edir.
Digər çıxış edənlər şöhrət ordenli, əməkdar müəllim, Prezident təqaüdçüsü Ofeliya Babayeva, Veteranlar Şurasının sədri Sovet Şükürov, əməkdar məşqçi Mirağa Qiyasov, 31 saylı tam orta məktəbin tarix müəllimi Raqif Şirinov, İdman Könüllüləri İctimai Birliyinin Regional bölməsinin direktoru Aytac Əkbərova “20 Yanvar” hadisələrindən artıq 30 il keçdiyini,həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan, müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan mərd vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını qeyd etdilər. Bildirildi ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.
Sonda iştirakçılara Baş İdarənin “20 Yanvar – Müstəqilliyə gedən yolda şərəf və qəhrəmanlıq salnaməsidir” adlı məlumat xarakterli bukletləri paylanıldı.
Sabaha-inamla.Az







Baxış sayı: 934


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı