Bütün xəbərlər
QORXMAZ İBRAHİMLİNİN DEPUTATLIĞA NAMİZƏDLİYİ QEYDƏ ALINDI
Tarix: 15-01-2020 00:59 | Bölmə: Gündəm
Tanınmış siyasətçi, Aydınlar Partiyası sədrinin I müavini Qorxmaz İbrahimlinin deputatlığa namizədliyi 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən qeydə alınıb. 
Bu barədə o özü Sabaha-inamla.Az-a məlumat verib: "bu gün namizəd vəsiqəsini alaraq seçki kampaniyasının ən gur, fəal, seçici ilə sıx görüşlər və s. işlərimizə start veriləcək günü böyük sevgi və həyəcanla gözləyirik. Vəsiqəmin nömrəsi "5",-yəni "əla" işarəsini assosasiya edir. İnanıram ki, qutulardan da əla məticə ilə çıxaraq sizləri sevindirərəm".
Qeyd edək ki, Qorxmaz İbrahimli Azərbaycanın dahi şairi Məmməd Arazın qardaşı oğludur.
Xatırladaq ki, parlament seçkiləri 9 fevral tarixində baş tutacaq.
Sabaha-inamla.Az



Baxış sayı: 952


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı