Bütün xəbərlər
“Sərhədsiz” azadlıq düşüncəsi... -VƏKİL RÖVŞƏN QASIMOV
Tarix: 12-01-2020 01:42 | Bölmə: Gündəm
Bəzilərinə görə azadlıq heç bir qayda-qanun tanımamaq, mütləq mənada sərbəst olmaqdır. Dövrümüzdə bəzilərinin müdafiə elədiyi “sərhədsiz” azadlıq düşüncəsini istər İslam, istərsə də dünyəvi əqli nöqteyi-nəzərdən müdafiə etmək mümkün deyildir Müasir dövrdə belə bəzi qərb və şərq dövlətləri bir çox məsələdə vətəndaşlara azadlıq və sərbəstlik versələr də, dövlətin ideologiyasına zidd fikirlərə əsla icazə vermirlər. Düşüncə və vicdan azadlığı desələr belə mütləq bəzi məhdudiyyətlər qoyur, dövlətin mənafeyinə zidd fikirlər səsləndirildikdə qayda-qanunları işə salırlar. Bütün bunlar onu göstərir ki, mütləq azadlıq ancaq xülyalarda və yuxularda mümkündür. Qısacası, bu günə qədər dünyanın heç bir yerində insanlara sonsuz azadlıq verilməmişdir. Əslində cəmiyyətin rahatlığı və təhlükəsizliyi üçün də azadlığı məhdudlaşdıran müəyyən qayda-qanunlar olmalıdır. Əgər azadlıq bütün istəklərin sərhədsiz həyata keçməsi kimi başa düşülər və yaşanarsa, nəticədə nəsillər korlanar, ailələr dağılar və cəmiyyət məhv olar. Həmçinin müqəddəs dəyərlərə hörmətsizliyi, dini təhqir etməyi, insanların əqidəsini lağa qoymağı və s. da azadlıq adlandırmaq olmaz. Bu, bütün əxlaqi dəyərlərin məhvinə gətirib çıxarar. Mütləq mənada inancsız insan yoxdur. Hər kəs nəyə isə inanır, nəyə isə bel bağlamaq istəyir. Özündən üstün olan bir şeyə etimad edib bağlanmaq, onun hökmü altına girmək insanın fitri ehtiyacıdır. Bəzən insanın yanıldığı məqam əsl Səbəbkara – Allaha – iman etmir və sonsuz ehtiyacları üçün müxtəlif şeylərə inanmağa meyl edir, onlardan mədəd umur. Həmişə alternativ nələrisə ehtiyatda saxlayır. Allahı tapa bilməsə də güvəndiyi şeylərin fani olub, bir gün yox olacağını, əldən çıxacağını və ya qaçacağını əslində bilir. Bu cür düşünən insana “ağılsız insan” demək olmaz. Ağlı var, ancaq düzgün istiqamətdə istifadə etməyib və tapmalı olanı tapa bilməyib. Bir olana bel bağlayıb, etimad edərək iman etməli olduğu halda, müxtəlif səbəblərin qulu, köləsi olub.Bu səbəblə dövrümüzdə bəzilərinin müdafiə elədiyi “sərhədsiz” azadlıq düşüncəsini istər İslam, istərsə də əqli nöqteyi-nəzərdən müdafiə etmək mümkün deyildir. Bəziləri də hər istədiyini etmək mənasındakı bu anlayışın sadəcə heyvanlar üçün keçərli olduğunu deyirlər. Sənədli filmlərdə də göründüyü kimi heyvanlar aləminin belə özünəxas qaydaları var. Biri digərinin sərhəddini pozduğu təqdirdə dərhal müdaxilə ilə qarşılaşır. İnsan insan üçün təhlükələrin ən böyüyüdür. Sağlam düşüncə nədir? Sağlam düşüncə proqressiv təfəkkürdür. O, daim yenilənir, sabit deyil, yerində saymır. O, hər gün daha artıq bilgiylə zənginləşmək istəyindədir. Sağlam olmayan düşüncə nədir? İnsanlara və insanlığa düşmən kəsilən fikir və mühakimə performansı sərgiləmək. Zorakı davranış haqqında istənilən haşiyəyə çıxan, həqiqəti zorakılığın yanına yamayan istənilən şəxs potensial cinayətkardır. Bir olandan uzaqlaşan, bir çox birdən (çoxluqdan) asılı vəziyyətə düşər. Bəzən vəzifənin, bəzən vəzifədəkinin, bəzən var-dövlətin, bəzən də şan-şöhrətin və saymaqla qurta bilməyəcəyimiz şeylərin arxasınca gedərək bir çox şeyi özünə “büt” halına gətirər. Bəli, insanın həyatda əhəmiyyət verdiyi, dara düşəndə ilk müraciət etdiyi şey nədirsə, “məbudu” da odur. İnanmış kimi görünsə də, həyatın axarında qarşısına çıxan maneələrə ilişib qaldıqda həqiqət gün üzünə çıxır. Bəzən də həsəd həqiqi qulluq şüuru ilə yaşamayanların gözlərini elə örtər ki, onlar xeyir işlər görməyə, insanlara faydalı olmağa çalışanları görmək belə istəməzlər. Xeyir iş görənləri gözləri götürmədiyindən onların işlərinə mane olmaq və hədəflərindən uzaqlaşdırmaq üçün əllərindən gələni edərlər. əzilərinə görə azadlıq heç bir qayda-qanun tanımamaq, mütləq mənada sərbəst olmaqdır. Halbuki, bu günə qədər dünyanın heç yerində və heç bir sistemində (kapitalizm, kommunizm, liberalizm və s.) bu cür azadlıq mümkün olmayıb. Bütün sistemlər müəyyən mənada insan azadlığını məhdudlaşdıran qaydalar qoymuşlar. Məsələn: Kommunist ,Milliyətçı sistemlər bir çox məsələdə ortaq istifadəyə haqqı versələr də, sistemə tabe olmaq yönündən çox sərt davranmış və despotluq nümayiş etdirmişlər.
Vəkil Rövşən Qasımov


Baxış sayı: 596


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı