Bütün xəbərlər
31 dekabr-Sumqayıtlı ziyalı Xəlil Bağırovun doğum günüdür
Tarix: 30-12-2019 23:30 | Bölmə: Gündəm
   Xəlil Bağırov uzun illər Sumqayıt şəhərində yaşayıb. Bu şəhərin quruculuğunda böyük rolu olub. O, həqiqətən də dəyərli, vətənpərvər ziyalı, fəxr ediləsi bir insan olub. Sabaha-inamla.Az doğum günü ərəfəsində Xəli müəllimi bir daha yada salmaq, oxuculara xatırlatmaq istədi.  Allah rəhmət eləsin, ruhu şad olsun!
   Ömürlüyündən : Bağırov Xəlil Cəlil oğlu 1940-cı il dekabrın 31-də Bərdə şəhərində anadan olmuşdur. 1957-ci ildə o, Bərdə şəhər 1 nömrəli orta məktəbi bitirmiş və Azərbaycan Neft-Kimya İnstitutuna daxil olmuşdur. X.Bağırov 1962-ci ildə təyinatla indiki Sumqayıt Səthi Aktiv Maddələr zavoduna işə göndərilmişdir. O, alüminium sexində iqtisadçı, əməyin təşkili və əmək  haqqı şöbəsində rəis müaini və rəis,1970-ci ildə kadr məsələləri üzrə direktor müavini, 1971-ci ildən ümumi işlər üzrə direktor müavini işləmişdir. 1973-cü ildən o, Kimya İstehsalat Birliyində Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.
     Xəlil Bağırov 1981-1999-cu illərdə zavodun kommersiya üzrə direktor müavini işləmişdir. 1999-cu ilin may ayından o, zavodun təchizat və satış şöbəsinin rəisi vəzifəsində çalışıb.
   İşlədiyi müddətdə o, SSRİ Kimya kimya sənayesinin əlaçısı döş nişamı ilə , "əmək rəşadəti" medalı ilə, beşilliklərin əmək zərbəçisi nişanları və çoxsaylı Fəxri fərmanlarla təltif olunmuş, pul mükafatlarına layiq görülmüşdür.
    X.Bağırovun ailənin böyük övladı kimi 4 qardaşının və 2 bacısının təhsil almasında, onların ailə qurmasında valideyn əvəzi kimi böyük zəhməti olub.
Həyat yoldaşı Nigar Bağırova uzun illər təhsil sahəsində çalışıb. 30 nömrəli orta məktəbin direktoru olub və 1999-cu ildə dünyasını dəyişib.
Ləyaqətli, qabiliyyətli  ata olan Xəlil Bağırov bir oğulu, bir qızı var. 
Bu gün qızı Təranə xanım da atası,anası kimi cəmiyyətdə böyük nüfuza malikdir. Sumqayıtımızda təhsilimizin inkişafı, şagirlərimizin bilikli və savadlı olması üçün əlindən gələni edir.
   Xəlil Bağırov 2016-cı il dekabrın 9-da dünyasını dəyişib. Allah rəhmət eləsin, qəbri nurla dolsun. Amin!
X.Bağırov onu tanıyanların qəlbində əbədi olaraq yaşayacaqdır.
         Dostlarının sağlığında onun haqqında dedikləri

Hamımıza gərəkli insan
Xəlil Bağırovla çoxdan bir müəssisədə işləyirik. Daim öz üzərində çalışan bu insan şad günə də yoldaşdır, pis günə də. Heç vaxt işin çoxluğundan, vəziyyətin gərginliyindən gileylənmir.
    Deməliyəm ki, hər şeydən əlavə Xəlil Bağırov çox təlim-tərbiyəli adamdır. Uzaqgörən və hər şeyi yerli-yerində duyan bu insanla bir yerdə olanda adam dərd-sərini unudur. Hələ onun dadlı-duzlu lətifələrini, məzəli söhbətlərini demirəm. Bir direktor müavini kimi həmişə öhdəsinə düşən vəzifələri elə yerinə yetirir ki, ondan nə yuxarıdakılar narazı qalır, nə də aşağıdakılar. Bu gün də o, daşıdığı vəzifədə çox məsul və tələbkardır. O öz tabeliyində olanlara da bu xüsusiyyətləri aşılayır.
    Xəlil müəllimə xas olan mesbət cəhətlərdən biri də onun gənclərə göstərdiyi  əvəzsiz qayğıdır. İndiyədək onun köməyi, bilavasitə iştirakı ilə onlarla gənc müəssisədə peşə, vəzifə qazanmış, nəzəri və təcrübi cəhətdən kamil bir mütəxəssis kimi yetişmişdir.
     Xəlil Cəmiloğlu hamımıza gərəkli insandır. Sözün əsl mənasında o, çox xeyirxah adamdır. Bacardığı qədər heç kimin xeyrindən, şərindən qalmır. Hələ demirəm ki, müdirik adamlar kimi məsləhət verəndir, yol göstərəndir.
     Kollektivimiz adından deyirəm: gün o gün olsun ki, nəvələrinin toyunda sənin başına toplaşaq. Sən də xoş ovqatınla, şirin-şəkər sözlərinlə və çevikk rəqsinlə bizi feyziyab edəsən.
      Nə deyim, bax beləcə... qalasan. İllər ötdükcə heç zaman qocalmayasan!
Təbrik Quliyev,
Səthi Aktiv Maddələr zavodunun direktoru, kimya elmləri namizədi

Onun üçün istehsalat da əzizdir, ailə də
Xəlil Bağırovla ilk tanışlığımız 1973-cü ildən başlanmışdır. O zaman hər ikimiz bir müəssisədə çalışırdıq. Onun alicənab insan kimi məni və zavod adamlarını cəlb edən  ən ümdə xüsusiyyəti  bütün ixtilafları işçilərin xeyrinə həll etməsi, qanunlardan yalnız adamların tələblərinin ödənilməsinə istifadə etməsi idi. O, öz tabeliyində olan işçiləri də bu istiqamətdə yetişdirməyə səy göstərirdi. Xəlil müəllim bir qayda olaraq azərbaycanlı kadrlara üstünlük verər və onların vəzifədə irəli çəkilməsinə xüsusilə qayğı göstərərdi.
      X.Bağırovun bu xeyirxahlığı hamı kimi mənə də onu sevdirmiş, hər sahədə ondan nümunə götürməyə ruhlandırmışdır. O indi də b u həvəsdə, bu ilhamdadır. Odur ki, belə bir adam haqqında xoş sözlər deməyi, onun yaxşılıqların qeyd etməyi özümə borc bildim.
    Onunüçün istehsalat da əzizdir, ailə də. O həmişə ailə qayğıları ilə yaşayır. Ailəsini böyük məhəbbətlə sevmiş, övladlarının təlim-tərbiyəli , elmli-təhsilli yetişmələri üçün heç vaxt atalıq borcunu əsirgəməmişdir.
Qurban Hacıyev,
"Azərkimya" Dövlət Şirkətinin vitse prezidenti  

Onu hamı sevir
Xəlil müəllimin yüksək səviyyəli ziyalı, olduqca mədəni adam, professional mütəxəssis və humanist insan kimi tanımışam. O, daşıdığı hər bir vəzifəyə həmişə məsuliyyətlə yanaşmış və heç vaxt çətinliklərdən gileylənməmişdir.
     Xəlil müəllimi tanıyan gündən görmüşəm ki, o, heç zaman nə başqasına paxıllıq edər, nə də başqasının qeybətini qırar. Elə bu cür müsbət və xoş xasiyyətə görədir ki, onu hər yerdə hamı sevir.
    Əziz Xəlil Bağırov,  hər zaman belə, həmişəcavan qalmağını arzu edirəm!
Akif Ağayev,
"Azərkimya" Dövlət Şirkəti texniki təminat şöbəsinin rəisi

O, kin-kudurətdən uzaq adamdır
Xəlil Bağırovla uzun müddət bir yerdə işləmişik. Mən ictimai təşkilatlara rəhbərlik edəndə, o da məsul vəzifələrdə çalışardı. Bununla belə ictimai işlərdən də geri qalmazdı. Bir dəfə də olsun o, iclas və yığıncaqlara gecikməzdi. O vaxtlar dəbdə olan ictimai işlərə dərindən qoşulardı. Hətta ən nümunəvi təbliğatçı idi.
   İndi yaş saçlarımıza gümüşü rəng çəksə də Xəlil elə həminki kimi sağlam, gümrah, işgüzar və bacarıqlıdır. Onu da deyim ki, Xəlildə o ürək var, o, həmişə belə nikbin qalacaqdır. O, kin-kudurətdən uzaq adamdır. Arzusu həmişə dost-tanışı çal-çağırlı, toy-bayramlı görməkdir. İstəməz ki, bir adamın ayağına daş dəysin. Bu xüsusiyyətlərinə görə adam ona həsəd aparır.
          Yüz yaşında da belə qalasan, qardaş.  Heç vaxt başın üstə duman-çən görünməsin. Şair Osman Sarıvəlli demişkən:
Əgər yüz yaşamasan.
Günah sənin özündədir.
Darvin Hüseynov,
"Üzvi sintez" zavodunun kommersiya işləri üzrə direktor müavini
   


Baxış sayı: 750


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı