Bütün xəbərlər
Prezidentlə bir ildə, bir ayda, bir gündə doğulan aktyor...-TƏBRİK EDİRİK!
Tarix: 24-12-2019 23:05 | Bölmə: Gündəm
"Bilmirəm bu təsadüfdür yoxsa zərurət, amma belə bir tarixi-üstüstə düşən məqamlar var"-NADİR XASIYEV  

Bu gün-24 dekabr ölkə Prezidenti İlham Əliyev cənabları ilə yanaşı, həm də Azərbaycanın əməkdar artisti, Prezident mükafatçısı, Akademik Musiqili Teatrın aktyoru Nadir Xasıyevin doğum günüdür.
Çox maraqlıdır ki, Nadir Xasıyevin həyatının bəzi məqamları ölkə Prezidenti ilə üst-üstə düşür. Bu barədə o özü bizimlə söhbətində deyib: "Mən Prezidentlə eyni ildə, eyni ayda, eyni gündə doğulmuşam. Eyni zamanda mənim atam Şənbə Xasıyev də Ulu öndər Heydər Əliyevlə eyni ayda, eyni gündə doğulub. Sənəddə 1924-cü il olsa da əslində mənim atam da 1923-cü ildə doğulub. Bundan əlavə bizim ailə qurmağımızın tarixi də eyni ildədir. 1983-cü il. Bizim övladlarımızın da doğum tarixi eyni ildədir. Mənim böyük oğlum Səməd Xasıyevlə  Leyla Əliyeva eyni ildə-1984-cü ildə doğulub. 1989-cu ildə Arzu Əliyeva doğulub. Həmin ildə də mənim kiçik oğlum Elay Xasıyev dünyaya gəlib. Bilmirəm bu təsadüfdür yoxsa zərurət, amma belə bir tarixi-üstüstə düşən məqamlar var".  
 Söhbət zamanı N.Xasıyev prpblemi barədə də danışıb: "Böyük oğlum Səməd Xasıyev Akademik Musiqili Teatrının ali dərəcəli aktyorudur. Kiçik oğum Elay Xasıyev də Sumqayıt Dram Teatrının aktyorudur.  Hər iki oğlumun iki övladı var. On nəfər bir mənzildə yaşayırıq. Birinci mərtəbədə. şəraiti olmayan, darısqal bir mənzildə yaşayırıq. Demək olar ki, ayaqüstə durmağa yer yoxdur. Ağlamağı xoşlamıram, reallıq belədir...
Sevimli aktyorumuz fürəstdən istifadə edib ölkə Prezidentini doğum günü münasibətilə təbrik etdi.
Bizdə sadə, səmimi, təvazökar, vətənpərvər. zəhmətkeş insan, dəyərli ziyalı, istedadlı aktyorumuz Nadir Xasıyevi səmimi qəlbdən təbrik edir, ona can sağlığı, yaradıcılığında uğurlar arzulayırıq!
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az




Baxış sayı: 1 963


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı