Bütün xəbərlər
Səfir: Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir
Tarix: 12-12-2019 12:20 | Bölmə: Gündəm

                    

Heydər Əliyev həqiqətən də həyatı araşdırılmalı olan və hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir.
Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, Heydər Əliyev bütün həyatı boyunca Azərbaycanın müstəqil olması barədə düşünüb:
“Azərbaycan müstəqillik əldə etdikdən sonra o, ömrünü ölkəsinin necə yüksələcəyini düşünməklə keçirib, bu məsələ üçün həyatını da təhlükəyə atıb. Mən bir daha onun hüzurunda hörmətlə baş əyirəm. Türk dünyasının başı sağ olsun, belə bir lider hər zaman olmaz”.


Baxış sayı: 562


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı