Bütün xəbərlər
Rusiyada erməni faşisti Njdenin xatirə lövhəsi söküldü - Video
Tarix: 01-12-2019 13:52 | Bölmə: Gündəm

                      Rusiyada erməni faşisti Njdenin xatirə lövhəsi söküldü

Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində faşist Qaregin Njdeyə erməni kilsəsinin həyətində qoyulmuş xatirə lövhəsi sökülüb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov Rusiyanın “Cənub xəbərlər agentliyi” saytına açıqlamasında deyib.
“Njdenin Armavirdəki xatirə lövhəsi ilə bağlı situasiya özünün məntiqi sonluğunu tapdı. Bu, Böyük Vətən müharibəsini unutmayan və onunla fəxr edən Azərbaycan və Rusiya hakimiyyətlərinin ümumi qələbəsidir”, - Mixaylov qeyd edib.  

Onun sözlərinə görə, SSRİ uğrunda döyüşən ermənilərə qarşı da mübarizə aparan adamın xatirə lövhəsinə Rusiyada yer ola bilməz.
Xatırladaq ki, Ermənistanda faşist Njdenin qəhrəman obrazının yaradılması barədə məsələni prezident İlham Əliyev MDB-nin Aşqabadda keçirilən sammiti zamanı qaldımışdı. “Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin tərənnümünə yer olmamalıdır”, - deyə ölkə başçısı Njdehin Sovet hakimiyyəti tərəfindən tutulduğunu və Vladimir həbsxanasında öldüyünü xatırlatmışdı.
                          


Baxış sayı: 575


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı