Bütün xəbərlər
Amaşov MM-də: "Medianı daha da güclü görmək üçün ilk növbədə..."
Tarix: 25-11-2019 15:31 | Bölmə: Gündəm
                           Amaşov MM-də:

"Hazırda Azərbaycanda bir neçə sahədə islahatlar gedir”.
 
Bunu Milli Məclisin iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentdəki büdcə müzakirələrində söylədi. O, deputat həmkarlarının da çıxışlarında media sahəsində də islahatların aparılmasını səsləndirdiyini bildirdi: "Bu fikirlərinə görə onlara təşəkkür edirəm, ancaq kimsə düşünməsin ki, mediamız zəifdir və jurnalistlərimizin peşəkarlığı aşağı səviyyədir. Əsla belə deyil”.
Ə. Amaşov qeyd etdi ki, medianı daha da güclü görmək üçün ilk növbədə onların iqtisadi müstəqilliyini artırmalıyıq: "Media varlı olmalıdır. Əgər media varlı olarsa, daha azad, müstəqil və peşəkar olar. Bu da əsasən reklamla bağlıdır. Dünyada medianın gəlirlərinin 80 faizi məhz reklam vasitəsilə formalaşır.
Azərbaycanda isə bu göstərici çox aşağıdır. Hətta demək olar ki, yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kölgə iqtisadiyyatına, monopoliyaya qarşı mübarizənin gücləndiyi, şəffaflığın artdığı bir şəraitdə reklam bazarının genişləndirilməsi üçün yollar axtarmalıyıq. Eyni zamanda mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsini gündəmə gətirməliyik. Ən əsası isə çap məhsulları üzərindən ƏDV-ni götürməliyik”.


Baxış sayı: 489


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı