Bütün xəbərlər
Tanımış həkim Zakir Fərəcovdan sitat gətirdi: "Sumqayıt kişilər şəhəridir"-VİDEO
Tarix: 11-11-2019 13:40 | Bölmə: Gündəm

                 "Doğrudan da Sumqayıt kişilər şəhəri imiş"-Rəşid Mahmudov

Tanınmış həkim Rəşid Mahmudov Sumqayıt BMW klubunun Bayraq Günü münasibətilə keçirdiyi yürüşdə iştirak edib, sonra Sumqayıt şəhərində Şəhidlər xiyabanını ziyarət edib. Rəşid Mahmudovun mətbuata verdiyi müsahibə sosial şəbəkədə yayılıb. O müsahibəsində icra başçısı Zakir Fərəcovdan sitat gətirib: "Şəhidlər xiyabanını gəzdik, dolandıq. Mən doğrudan da Sumqayıtın bu qədər şəhid verdiyinə inanmazdım. İnsanların ağzında bir söz vardı ki, Zakir Fərəcov deyir Sumqayıt kişilər şəhəridir".
Rəşid Mahmudova daha sonra "doğrudan da Sumqayıt kişilər şəhəri imiş. Bu qədər qeyrətli oğlanların burda uyuduğunu bilməzdim mən. Allah hamısına rəhmət eləsin, qəbirləri nurla dolsun. Bu bizə daha da qüvvə verir, bizi ruhlandırır ki, bu insnaların qisasını ermənilərdən alaq. Mütləq də alacağıq!" deyə əlavə edib.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az
                    


Baxış sayı: 1 343


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı