Bütün xəbərlər
Mehriban Əhmədova: "Çox yaxşı olardı ki, Sumqayıtlılar bu mahnını eşitsinlər, bilsinlər"
Tarix: 03-11-2019 03:45 | Bölmə: Gündəm
                           

Sumqayıta çox şeirlər, mahnılar həsr olunub. Barmaqla sayılacaq qədər mahnılar insanların yaddaşına hopub. Bu yaxınlarda əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Mehriban Əhmədova da Sumqayıta aid möhtəşəm mahnı bəstələyib. Söhbət zamanı M.Əhmədova bəstələdiyi "Gözəl Sumqayıt" mahnısı ilə bağlı belə deyib: "bu mahnının sözləri şair Cahangir Məmmədovundur. O, Ağabacı Rzayevanın məşhur "Kukla" mahnısının sözlərini də yazıb. Mən bu mahnını müsabiqə üçün yazmışdım. Xalq artisti Azər Zeynalovun çox xoşuna gəldi, ona görə onu ifa etməyə razılıq verdi."

Tanınmış bəstəkar "Çox yaxşı olardı ki, Sumqayıtlılar bu mahnını eşitsinlər, bilsinlər" deməklə sözünü bitirib.
Günel MƏMMƏDLİ
Sabaha-inamla.Az
Sabaha-inamla.Az Sumqayıtın 70 illiyi ərəfəsində tanınmış bəstəkar Mehriban Əhmədovanın bəstəsində "Gözəl Sumqayıt" mahnısını oxuculara təqdim edir:

                           


Baxış sayı: 1 654


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı