Bütün xəbərlər
Qarabağ müharibəsi əlili Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib
Tarix: 01-11-2019 19:37 | Bölmə: Gündəm



"Mehriban xanıma həm öz adımdan, həm də Qarabağ müharibəsi əlilləri adından təşəkkürümü bildirirəm. Mənim evimi özümə qaytardığı üçün Mehriban xanıma dünyanın ən gözəl neməti olan cansağlığı arzu edirəm".
Trend-in məlumatına görə, bunu Qarabağ müharibəsi əlili, Prezident təqaüdçüsü Qurban Qurbanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladığı təşəkkür məktubunda deyib.
Məlumata görə, 2014-cü ildə həyat yoldaşı və oğlunun səhhəti ilə bağlı bankdan götürdüyü krediti ödəyə bilmədiyi üçün girovda olan mənzilinə həbs qoyulan Qazax rayon sakini, Qarabağ müharibəsi əlili Qurban Qurbanov Birinci vitse-prezident Mehriban Əliyevaya bu günlərdə məktubla müraciət edib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili Qurban Qurbanovun Vətən uğrunda xidmətləri, hazırda üzərinə həbs qoyulan mənzilin ölkə Prezidenti tərəfindən verildiyini nəzərə alaraq onun banka olan borcunun dövlət hesabına ödənilməsinə dair müvafiq tapşırıq verib.
Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qurban Qurbanovun oğlunun müalicəsi ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.


Baxış sayı: 575


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı