Bütün xəbərlər
Zəngilansız 26 il...-GÜLNAZ ABDULLAYEVA
Tarix: 29-10-2019 22:30 | Bölmə: Gündəm
...Indi sizə onlardan danışacam...zəngilanlılardan...1993 cü il...Gənc direktor idim. Dedilər 2 qadın qəbul otağında gözləyir.
Qadınlar gəldi. Nur sifətli yaşlı qadının 55- 56,yanındakı gənc xanımın 35 yaşı olardı.Yer göstərdim .Əyləşdilər.Zəngilandan məlum hadisələrə görə köçkün düşüb qəsəbəmizə gəlmişdilər.Uşaqları məktəbə yazdırmaq istəyirdilər. Yaşlı qadının gözünün yaşı heç dayanmırdı.Gəlindən ixtisasını soruşdum.Riyaziyyatçı idi.Ona təklif etdim məktəbimizdə işləsin.Öyrəndim ki ,yoldaşı da riyaziyyatçıdır.1994 - cü ildə yoldaşını da dəvət etdim.Qarşımda 32 yaşında saçları dümağ bir kişi dayanmışdı...Tale vaxtından əvvəl qocaltmışdı onu... Cəbhədə könüllü özünü müdafiə dəstəsinin komandiri olmuşdu.Sonra başqa zəngilanlılar da gəldi...Bu dəfə Ismayıl müəllimin ailəsi...O da yaralanmışdı...Güllə qəlpəsi ürəyinə yaxın yerdə əbədi məskən salmışdı...Mən və müəllim yoldaşlarımız Qocayevlər ailəsini sevdik və onlardakı insanpərvərliyə,sadəliyə heyran qaldıq ...Amma Qocayevlərin çoxu Vətən həsrətinə dözə bilmədi,Vətəndən uzaqda uyudular.Mürsəl Qocayev,Bənövşə Qocayeva, Mahir müəllimin anası Bənövşə xala,Tahir müəllim,Məzahir müəllimin yoldaşı və çoxları tez tərk etdilər bu dünyanı...Bəlkə ruhları Zəngilanın küçələrində dolaşır,xoşbəxt olduğu o günləri xatırlayırlar...
Vəli dayıdan bir dəfə söhbət əsnasında soruşdum:
- Vəli dayı,Zəngilan alınsa qayıdarsanmı?
Gözləri yaşardı:
- Gedərsən nədir? Sürünə- sürünə gedərəm Vətənimə,bala ...
Vəli dayı mənə söz verib ki,Zəngilanın çinarlarını mənə göstərəcək!
O günü mən də səbirsizliklə gözləyirəm!

GÜLNAZ ABDULLAYEVA
AZƏRBAYCANIN ƏMƏKDAR MÜƏLLİMİ


Baxış sayı: 776


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı