Bütün xəbərlər
Sabaha-inamla.Az xəbər portalı əməkdar müəllimi təbrik etdi
Tarix: 05-10-2019 20:24 | Bölmə: Gündəm
Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.
Müəllimin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.
Beynəlxalq müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Hər birimizdə müəllim hərarətli qəlbinin bir zərrəciyi var. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb.
Sabaha-inamla.Az xəbər portalının kollektivi Azərbaycanın əməkdar müəllimi, Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin direktoru Gülnaz Abdullayevanın 5 oktyabr müəllim günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, işlərində uğurlar arzulayır. Bayramınız mübarək Gülnaz müəllimə. Siz Azərbaycan təhsilinin inkişafı, vətənpərvər insanların yetişməsi, kollektivdə nizam-intizamın olması üçün əlinizdən gələni etmisiniz. Allah sizi qorusun! 

Sabaha-inamla.Az


Baxış sayı: 600


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı