Bütün xəbərlər
BQXK ermənilər tərəfindən vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır
Tarix: 23-09-2019 14:53 | Bölmə: Gündəm







Beynəlxalq Qızıl Xaç Komitəsi cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin qaytarılması ilə bağlı dialoqa başlayıb.
Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə bildirib ki, təmsil etdiyi qurumun məsələdən xəbəri var və hazırda bununla bağlı əlaqədar qurumlarla ikitərəfli konfidensial dialoq aparır.
Xatırladaq ki, sentyabrın 22-də təmas xəttində yerləşən hərbi hissənin əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.
Müdafiə Nazirliyi hərbçinin meyitinin götürülməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib.


Baxış sayı: 530


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı