19:00 / 13-10-2019
Elton Türkiyəyə köçdü
16 SENTYABR VAQİF AXUNDOVUN DOĞUM GÜNÜDÜR -TƏBRİK EDİRİK!
Tarix: 16-09-2019 15:35 | Bölmə: Gündəm
16 sentyabr Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis iGeneral-polkovnik Axundov Vaqif Əlibala oğlunun doğum günüdür. Yarandığı dövrdən bəri Xüsusi Dövlət Mühafizə Xidməti şərəfli yol keçib, milli dövlətçiliyimizin qorunmasında yaxından iştirak edib. Bütün sınaqlardan üzüağ çıxan Xidmətin şəxsi heyəti bu gün mühafizə işinin yüksək peşəkarlıqla təşkil olunması sahəsində olduqca böyük uğurlara imza atır, Azərbaycan dövlətinin təhlükəsizliyi naminə fəaliyyətdə yüksək sadiqlik nümayiş etdirir. Bu qurumun nüfuzunun, sadiqliyinin və digər müsbət keyfiyyətinin olmasında Vaqif müəllimin böyük xidmətləri var. Və o öz işinin öhdəsindən bu günə qədər layiqincə gəlib və yorulmadan fəaliyyətini davam etdirir. 
Vaqif Axundov 1950-ci il sentyabrın 16-da Astara şəhərində anadan olmuşdur. 1968-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda1989-1994-cü illərdə Bakı Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. İxtisasca iqtisadçı-mühəndis, hüquqşünasdır.
Əmək fəaliyyətinə 1971-ci ildə Kuybışev şəhərində qazma-balta zavodunda tornaçı kimi başlamışdır. 1972-1975-ci illərdə Sovet Ordusu sıralarında zabit kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda leytenant Şmidt adına Maşınqayırma Zavodunda normalaşdırıcı, böyük mühəndis, iqtisadçı işləmişdir.
1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində növbətçi hissə üzrə növbətçi köməkçisi, 1975-1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978-1992-ci illərdə DİN-də şöbə rəisinin müavini,şöbə rəisi işləmişdir.
1992-1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisidir.
Azərbaycan SSR Ali Sovetini Rəyasət Heyətinin Fəxri Fərmanı, "Azərbaycan Bayrağı" ordeni və medallarla təltif edilmişdir. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Vətənə xidmətə görə 1-ci dərəcəli ordenlə təltif edilmişdir.
Ailəlidir,1 övladı var.
Sabaha-inamla.Az xəbər portalı cənab generalı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, bu çətin və şərəfli işində uğurlar arzulayır.100 YAŞAYIN.TANRI SİZİ HƏR ZAMAN QORUSUN!
Sabaha-inamla.Az



Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər