Bütün xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanıda yeni yaradılan istirahət parkı ilə tanış olub -VIDEO
Tarix: 13-09-2019 18:41 | Bölmə: Gündəm

Sabaha-inamla.Az xəbər verir ki, sentyabrın 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, yeni park Zeytunluq adlanan ərazidə yerləşir. Ərazisi 2,6 hektar olan bu istirahət məkanındakı zeytun ağacları 30-35 il əvvəl əkilib. Həmişəyaşıl, insan sağlamlığı üçün faydası hamıya bəlli olan bu qiymətli bitkilərə xüsusi qulluq göstərilib.
                                   
Onu da deyək ki, bu vaxta qədər Kürdəxanı qəsəbəsində park olmayıb, ərazi baxımsız vəziyyətdə idi. Bu gündən isə əhalinin istirahəti üçün lazımi şəraitlə təmin edilən yeni park sakinlərin istifadəsindədir. Ərazidə abadlıq işləri aparılıb, sahə dekorativ hasara alınıb, işıq dirəkləri, oturacaqlar, uşaqlar üçün oyun meydançası quraşdırılıb, “Zeytun” kafesi inşa edilib.Sabaha-inamla.Az











Baxış sayı: 921


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı