Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşları qəbul edəcək
Tarix: 13-09-2019 01:03 | Bölmə: Gündəm



Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev sentyabrın 13-də Sumqayıt şəhərində vətəndaşların qəbulunu keçirəcək.
sumqayitxeber.com Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, qəbulda Sumqayıt şəhərinin və Xızı rayonunun sakinləri iştirak edəcəklər.
Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri Zülfü Hacıyev küçəsi 53, Heydər Əliyev parkının ərazisi) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Sumqayıt (051 768-47-41; 050 266-01-12) şəhər və Xızı (055 266-04-76) rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Sumqayitxeber.com


Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər