01:00 / 23-09-2019
"Sümbül ağa"ya şok sual
Aİİ rektoru Ceyhun Məmmədovun kitabı çapdan çıxıb
Tarix: 04-09-2019 13:16 | Bölmə: Ədəbiyyat




Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” adlı kitabı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çap olunub.
Aİİ-dən Trend-ə verilən məlumata görə, kitab “Azərbaycanda dövlət-din münasibətləri”, “Dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi”, “Azərbaycanda din təhsili” fəsillərindən ibarətdir.
Kitabda Azərbaycanda dövlət-din münasibətlərinin üç mərhələsi – Azərbaycan Xalq Cümhuriyyəti, sovet və müstəqillik dövrlərinin tarixi tədqiq edilir. Bu müddətdə dinə münasibət, bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər haqqında geniş məlumat verilir. Eyni zamanda, Azərbaycanda din təhsilinin tarixinə, dövlət-din münasibətlərinin hüquqi aspektlərinə, radikalizmlə mübarizə sahəsində son illər görülən işlərə toxunulur.
Müəllif kitabda qeyd edir ki, Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin yayıldığı, sülh və əmin-amanlıq şəraitində yaşadığı məkan olmuşdur. Burada yaşayan ayrı-ayrı dinlərin mənsubları tarixin heç bir dönəmində ayrı-seçkiliyə məruz qalmayıblar.
Elmi tədqiqat əsəri dinşünaslar, ilahiyyatçılar, şərqşünaslar, tarixçilər, dinlə əlaqəli sahələrdə tədqiqat aparan mütəxəssislər, həmçinin ali məktəb müəllimləri və tələbələri üçün nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə institutun müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının nəşri daxildir. Bununla yanaşı, institutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsində problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.


Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər
18-09-2019, 00:11 TƏBRİK EDİRİK!
18-08-2019, 14:08 Şair Oqtay Rza vəfat edib