Sumqayıt "İdrak" liseyin təsisçisi, professor Mövsüm Alışov Prezidentə təşəkkür etdi -TƏBRİK EDİRİK!
Tarix: 02-08-2019 17:04 | Bölmə: Ədəbiyyat

-Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmağım münasibətilə Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Ulu öndərin dediyi kimi “Müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir” sözləri zamanın sınağından çıxdı və xalqımız növbəti dəfə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda ulu öndər xalqımızı bu bəladan xilas etdi. Müstəqilliyimiz əbədi, dövlətimiz qüdrətli, millətimiz var olsun! Tanrı Azərbaycanımızı və Prezidentimizi qorusun! Təqdimat verənlərə və təqdim edənlərə də xüsusi təşəkkürümü bildirirəm. Təhsilimizin inkişaf etməsi, onun dünya təhsil sistemi səviyyəsinə çatdırılması üçün “İdrak” liseyini yaratmış və bu yolda maddi və mənəvi imkanlarımı əsirgəməmişəm. Həyatımı demək olar ki, bütünlüklə təhsilə, gənc nəslin təlim-tərbiyəsinə sərf etmiş maarifpərvər insan kimi, cəmiyyətimizə layiqli vətəndaşlar yetişdirməkdə davam edəcəyəm. Bu, mənim dövlətim və xalqım qarşısında borcumdur.
    Sabaha-inamla.Az xəbər portalının kollektivi başda Namiq Məmmədli olmaqla Möhsüm müəlllimi səmimi qəlbdən təbrik edir, can sağlığı, gələcək işlərində uğurlar arzulayırlar!














Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər
18-08-2019, 14:08 Şair Oqtay Rza vəfat edib