20:43 / 21-08-2019
Xalq artisti vəfat edib
“AzərKitab” Kitab Təbliğatı Mərkəzində “Ayrılığı sal yadıma” kitabın təqdimat mərasimi və imza günü keçirilib
Tarix: 29-07-2019 16:18 | Bölmə: Ədəbiyyat

İspaniyada yaşayan ixtisasca tarixçi, şair Səfa Rəşidin “Ayrılığı sal yadıma” ilk şeirlər kitabı işıq üzü görüb.
Səfa Rəşidin “Ayrılığı sal yadıma” kitabı 128 səhifə həcmində 300 tirajla “Adiloğlu” nəşriyyatında çap olunub. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Aysel Səfərli, məsləhətçisi Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” qəzetinin baş redaktoru, şairə-publisist Nəcibə İlkindir.
Kitabın üz qabığının rəsmi rəssam Sehran Allahverdiyə məxsusdur.
“Ayrılığı sal yadıma” şeirlər kitabı Səfa Rəşidin ilk kitabıdır. Kitabda şairin 90-cı illərin sonlarında yazdığı və son iki ildə qürbət həyatında qələmə aldığı sevgi, vətən və fəlsəfi düşüncələri yer almışdır.
“AzərKitab” Kitab Təbliğatı Mərkəzində “Ayrılığı sal yadıma” kitabın təqdimat mərasimi və imza günü keçirilib.
Tədbiri giriş sözü ilə “AzərKitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Sabir Həsənov açıb.
Sonra Elçin Mirzəbəyli, Həmid Hersçi, İlhamiyyə Rza, Aydın Xan Əbilov, Nəcibə İlkin, Aysel Səfərli və digər ədəbiyyatşünaslar, jurnalistlər, məzunu olduğu Lənkəran Dövlət Universitetinin bir qrup müəllimləri çıxış edərək kitab haqqında öz ürək sözlərini deyiblər, müəllifi səmimi qəlbdən təbrik ediblər. 
Kitabdan bir şeiri oxuculara təqdim edirik:
Kamran Orucov
Sabaha-inamla.Az

Ayrılığı sal yadıma
Ömür bitdi…gün olmadı mənimki,
Bir gülərüz üzdə qalıb min ahım.
Bundan belə darıxmağa nə var ki,
Ayrılığı sal yadıma, darıxım.
Ayrılığı sal yadıma, darıxım,
Beli kəmər, çiçəklərə əlvida.
Arzular var, ürəyimdə bir qubar,
Açılmayan ləçəklərə əlvida.
Ayrılığı sal yadıma, darıxım,
Şeir var ki, ürəyimin özüdü.
Bir həftəlik deyil axı ayrılıq,
Dodağımın isinməyən sözüdü.
Ayrılığı sal yadıma, darıxım,
Səndən sonra dərdlərim var, təzədi.
Kürəyimdə ağrıların yenisi,
Əllərimi barmaq izin bəzəmir.
Ayrılığı sal yadıma, darıxım,
Bir ağrı ol ürəyimi sıx indi.
Sən özün də darıxmağı sevirsən,
Darıxmırsan ,ürəyimdən çıx indi.










Baxış sayı: 531


Bölməyə aid digər xəbərlər
18-08-2019, 14:08 Şair Oqtay Rza vəfat edib