20:43 / 21-08-2019
Xalq artisti vəfat edib
Xurşudbanu Natavan adına kitabxanada “Gənclik İlləri” adlı kitabın təqdimatı keçirilib
Tarix: 16-07-2019 00:51 | Bölmə: Ədəbiyyat



Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlatına Dəstək Şurasının maliyyə yardımı ilə,“Təhsil sistemində gənclərin formalaşması istiqamətində  maarifləndirmə işinin aparılması” adlı layihə çərçivəsində Şahdağ xeyriyyə ictimai birliyi tərəfindən Rəhilə Teymurovanın ”Gənclik illəri “adlı kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Xurşudbanu Natavan adına kitabxananın müdiri Turanə Abbasova tədbir iştirakçılarını salamlayaraq, tədbir barədə iştirakçılara ətraflı məlumat verib. Daha sonra söz QHT sədri RəhiləTeymurovaya verilib. Layihə rəhbəri olan RəhiləTeymurova bildirib ki, təhsil sistemi və onun məzmunu olkənin gələcəyinə xidmət edir. Bu fikrin xususi dəlillərlə sübuta ehtiyacı yoxdur, cünki insan cəmiyyətinin çoxəsrlik tarixi bunu subut edir. Hamı razılaşar ki, olkəmizdə bir çox təhsil müəssisələri məktəbi qurtaranlara dövlət təhsil standartlarına uyğun məcburi minimum bilikləri qazandıqları haqqında zəmanət verə bilmirlər. Qeyd etmək yerinə duşərdi ki, son zamanlar bu haqda çox danışırılır, muzakirələr keçirilir, qərarlar qəbul edilir.Təhsil menecmenti – təhsilin əsasları fənniilə məşğul olan alimlər çalışırlar ki, axtarışlarında məktəbin inkişafı proseslərini araşdırsınlar, təhsildə keyfiyyət, onun əldə edilməsi, məqsədin 4 proqnozlaşdırılması, nəticə və onun müəyyənləşdirilməsinin elmi əsaslarını açıqlasınlar. Daha sonra çıxış edən layihənin eksperti Tofiq Əlizadə söylədi ki,Təhsilin inkişaf perspektivləri hamını – olkə miqyasında idarəetmə qərarlarını qəbul edən nazirdən tutmuş, təhsil müəssisəsi rəhbərlərini, elmi işçiləri, dərslik müəlliflərini, metodistləri, praktik müəllimləri, bir sözlə, müxtəlif səviyyələrdə təlim-tərbiyə prosesini təşkil edənləri və nəhayət, valideynləri, bütün ictimaiyyəti narahat edir, düşündürür, cıxış yolları axtarmağa məcbur edir. Bu çıxış yollarından biri və ən mühümü müasir şəraitdə təhsilin keyfiyyəti, onun idarə edilməsidir. Azərbaycanda ancaq tədris prosesində, muəllim-şagird-valideyn münasibətlərində keyfiyyət baxımından inkişaf gözə carpmır. Müəllimlərdə yeni təfəkkür tərzi formalaşmır, onlar kecmişin təsirindən uzaqlaşmırlar, bizim muəllimlər köhnə dünyagörüşü ilə işləyir. Cəmiyyətin mənəvi həyatında elmin, mədəniyyətin rolu artır. “Gənclik illəri” adlı kitab ilk növbədə bilavasıtə tədrislə əlaqəsi olan, kimya elmləri namizədi, İqtisad elmləri üzrə doktorluq disertasiyasının müdafiəsi ərəfəsində olan alim- şairə, jurnalist və “Şahdağ” Xeyriyə ictimai birliyinin sədri, Dünya Azərbaycanlıları Assosiasiyasının, Azərbaycan Jurnalistlər Birliynin, Azərbaycan Pespublikası Ailə, Qadın və Uşaq Probləri üzrə Dövlət Komitəsinin üzvü və nəhayət təqdim olunan layhənin pəhbəri Teymurova Rəhilə Əliheydər qızı tərəfindən yazılıb. Bu kitab, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyələşdirilmiş “Təhsil sistemində gənclərin formalaşması istiqamətində maarifləndirmə işinin aparılması.” adlı layihə çərçivəsində yazılıb. Azərbaycanda ancaq tədris prosesində, muəllim-şagird-valideyn münasibətlərində keyfiyyət baxımından inkişaf gozə carpmır. Daha sonar çıxış edən QHT sədri və ziyalılardan Milli-Mənəvi Dəyərlərə Dəstək ictimai birliyinin sədri, siyasət üzrə fəlsəfə doktoru Elvin Talışınski, sosioloq Zəminə Səfərova, Tahir Sadıqov, Dilguşə Gülümcan, Fərqanə Zülfüqarova, KamranOrucov, Həsən Cəbrayılov, Validə Vəliyeva, Şahlar Şumalı və başqaları söylədilər ki,ümumtəhsil məktəblərində və ali məktəblərdə korrupsiyanın və rüşvətxorluğun tədqiqi, bu istiqamətdə baxışlar, problemlər, həllin mümkün yolları, tərbiyə imkanları, tədris proqramları, tədris edilən fənlərin mövzuları, korrupsiya haqqında məlumatın yayılması və korrupsiyaya qarşı tərbiyə, korrupsiya əleyhinə münasibətin aşılanması, fəal vətəndaş mövqeyi və ictimai dəyərləri olan şəxsiyyətin yetişdirilməsi üçün yarayan geniş bir materialdır.
Kamran Orucov
Sabaha-inamla.Az











Baxış sayı: 619


Bölməyə aid digər xəbərlər
18-08-2019, 14:08 Şair Oqtay Rza vəfat edib