10:53 / 16-07-2019
Nazir əmr imzaladı
02:49 / 16-07-2019
Prezident onu da təltif etdi
Sumqayıt Dövlət Dram Teatrında mövsümi mükafat təsis edilib
Tarix: 05-07-2019 10:08 | Bölmə: Ədəbiyyat



Sumqayıt Dövlət Dram Teatrı premyeralarla, yeniliklərlə, layihələrlə, yubileylərlə zəngin bir mövsümü tamamlamaq üzrədir.
Teatrın mətbuat xidmətindən Sabaha-inmala.az-a verilən məlumata görə, cari mövsümdə 50 illik yubileyini qeyd edən teatr kollektivi uğurlu layihələrlə tamaşaçılarda teatr sevgisini artırmağa nail olub.
Ümumilikdə mövsüm ərzində baş verən canlanmanı, kollektivin böyük şövqlə çalışmasını nəzərə alan teatrın direktoru Əməkdar artist Mübariz Həmidov yaradıcı heyəti sevindirəcək təklif irəli sürüb.
Sumqayıt Dövlət Dram Teatrı yaradıcı və texniki heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun artırılması, bədii dəyəri ilə fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, həmçinin mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların və texniki işçilərin mükafatlandırılması məqsədilə “Busmedia” reklam şirkəti ilə birgə “Rampa” milli teatr mükafatı təsis etmişdir. Rəhbərlik müxtəlif nominasiyalar üzrə tərtib olunan “Rampa” Milli Teatr mükafatının kollektivin yaradıcılıq potensialının artmasına, bütün heyət daxilində sağlam və işgüzar ab-havanın yaranmasına təkan verəcəyini düşünür. Nominasiyalar münsiflər heyətinin gizli səsverməsi əsasında müəyyən ediləcəkdir. “Ən yaxşı tamaşa”, “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “Mövsümün ən məhsuldar aktyoru”, “Mövsümün ən məhsuldar aktrisası”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün ən perspektivli aktyoru”, “Teatrın dostu”, “Mövsümün ən işgüzar və intizamlı əməkdaşı” nominasiyaları üzrə mükafatlandırma iyul ayının ortalarında keçiriləcək.
Mükafat ötən mövsümdə fərqlənən teatr əməkdaşlarına verilməklə hər mövsümün sonunda təqdim ediləcək.


Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər
22-04-2019, 00:16 Şeir-Sona Abbaszadə