10:53 / 16-07-2019
Nazir əmr imzaladı
02:49 / 16-07-2019
Prezident onu da təltif etdi
Akademiyada Tariyel Azərtürkün müəllifi olduğu "Türkün və türk dilinin mənşəyi adlı 2 cildlik kitabının təqdimatı keçirildi
Tarix: 03-07-2019 13:15 | Bölmə: Ədəbiyyat


AMEA, Milli Elmlər Akademyasının Mərkəzi Kitabxanasının böyük zalında AMEA Nəsimi adına Dilçilik İnstitutu görkəmli Azərbaycan şumeroloqu, dr. Tariyel Azərtürkün müəllifi olduğu "Türkün və türk dilinin mənşəyi(mixi yazılar əsasında)" adlı 2 cildlik kitabının çox gözəl, möhtəşəm bir təqdimatı oldu. Amerikada yaşayan alimin iştirakçılarıa video müraciəti, təşəkkürü ilə başlayan mərasim olduqca maraqlı keçdi.
Təqdimatda akademik, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova, akademik, AMEA, Nəsimi adına Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu, akademik, BDU, Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru Fikrət Əliyev, ölkəmizin xeyli görkəmli professorları, elm adamları çıxış edərək bu kitabları, Tariyel Azərtürkün fəaliyyətini olduqca yüksək qiymətləndirdilər. Kitablar türkün, türk dilinin tarixini daha dərindən öyrənilməsi sahəsində, ümumiyyətlə elm aləmində mühüm bir mənbə kimi qiymətləndirildi. Tariyel Azərtürkün elm aləmində, dünya tarixini daha obyektiv öyrənməyə kömək edə biləcək olduqca əhəmiyyətli yeni bir sahə yaratdığı qeyd edildi. Müxtəlif çıxışlarda qeyd edildi ki, bu əsərlərin sahibi olan Tariyel Azərtürk AMEA - nın akademiki seçilməyə layiqdir və ona növbəti seçkilərdə öz namizədliyini irəli sürməsi tövsiyyə olundu.
 Sabaha-inamla.Az






Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər
22-04-2019, 00:16 Şeir-Sona Abbaszadə