10:53 / 16-07-2019
Nazir əmr imzaladı
02:49 / 16-07-2019
Prezident onu da təltif etdi
"Azərkitab"da xalq yazıçısı Natiq Rəsulzadənin 70 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib
Tarix: 22-06-2019 02:18 | Bölmə: Ədəbiyyat


Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvüdür. 40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-da, Rusiyada, Macarıstanda, Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. 1984-cü ildə N. Ostrovski adına Ümumittifaq Mükafatına layiq görülüb. "İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm", "Ulduz yollar", "Tələ", "Adacıq" və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında
                               
"Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Sifarişçi", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya...", "Girov", "Ovsunçu", "Biz qayıdacağıq" kimi onlarla maraqlı filmlər çəkilmişdir. 2017-ci ildə yazıçının əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında "Meme" tamaşası səhnəyə qoyulub. Azərbaycanın Əməkdar incəsənət xadimi (1999) fəxri adına layiq görülüb. Respublika Dövlət mükafatı laureatıdır. 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Əsərləri: “Uşaqlıq lövhələri” (1976), “İşıqlı lövhələr” (1978), “Bayramda yağan yağış” (1981), “Gecədə atlı” (1982), “Vsadnik v noçi” (1983), “Risuyu ptiçu” (1984), “Ulduzların altında yol” (1986), “Gecədə atlı” (1988), “Pəncərə: hekayə və povest” (2010) və s. 
Filmoqrafiya: “De ki, məni sevirsən!” (film, 1977), “Sürpriz” (film, 1977), “Pərilərə inanmayın” (film, 1979), “Bayramda yağış” (film, 1985), “Yaşa, qızıl balıq” (film, 1988), “Gecə qatarında qətl” (film, 1990), “Dünən, bu gün, sabah” (film, 1992), “Vahimə” (film, 1998), “Nə gözəldir bu dünya...” (film, 1999), “Sifarişçi” (film, 2000), “Epizod” (film, 2002), “Ovsunçu” (film, 2002), “Girov” (film, 2005), “Biz qayıdacağıq” (film, 2007) və s.
"Azərkitab"da xalq yazıçısı Natiq Rəsulzadnin 70 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib. Tədbiri giriş sözü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Birliyinin prezidenti Akif Əlizadə açıb. Xalq Yazıçısı Cingiz Abdullayev Natiq müəllim haqqında xatirələrini danışıb.
"Azərkitab"ın direktoru Sabir Həsənov, Kamran Orucov, Arif müəllim və digər şəxslər Natiq müəllim haqqında ürək sözlərini deyib, onu yubileyi və fəxri ad alması münasibətilə təbrik edib, müəllifə  yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə yazıçılar, sənət adamları, ziyalılar, media nümayəndələri, tələbələr istirak ediblər.
Kamran Orucov
Sabaha-inamla.Az












Baxış sayı: 779


Bölməyə aid digər xəbərlər
22-04-2019, 00:16 Şeir-Sona Abbaszadə