10:49 / 23-04-2024
Buryatiyada yanğın zamanı şkafda gizlənən 3 uşaq ölüb
10:42 / 23-04-2024
İnzaqi: "İnter" Skudettonu xatırlayacaq, çünki biz onu derbidə qazandıq"
10:37 / 23-04-2024
Valentina Matvienko: "Rusiya aktivlərinin müsadirəsi dünya iqtisadiyyatını məhv edəcək"
00:34 / 23-04-2024
Sumqayıtda şəhid Vüsal Allahyarovun mövludu olub-VİDEO+FOTOLAR
23:55 / 22-04-2024
Bayden Zelenski ilə yeni müdafiə yardım paketləri haqqında danışıb
23:50 / 22-04-2024
Moldova siyasətçilərinin Moskvada keçirilən qurultayının iştirakçıları Kişinyovda saxlanılıb
22:32 / 22-04-2024
Çeçenistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri saxlanılma hadisəsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb
22:25 / 22-04-2024
Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Zalujnıya müqavilə imzalayıb
16:54 / 22-04-2024
Meta mətbuat katibi qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib
16:48 / 22-04-2024
Qəzzada həkimlər anasının ölümündən sonra dünyaya gələn qızın həyatı üçün mübarizə aparırlar
16:44 / 22-04-2024
De Yonq "Real Madrid"lə oyunda zədələnib və Avro-2024-ü buraxa bilər
16:39 / 22-04-2024
Günahını boynuna almayan moskvalı baykerin qatili həbs edilib
16:30 / 22-04-2024
Mişustin: "Rusiya və Belarus vahid effektiv hava xidməti qurdular"
16:24 / 22-04-2024
Ukrayna sərhədçisi sərhəddə keşik çəkərkən Moldovaya qaçıb
14:52 / 22-04-2024
Nazirlər Kabineti Aİİ ölkələri ilə İran arasında azad ticarət zonası haqqında sazişi təsdiqləyib
14:46 / 22-04-2024
"Mundo Deportivo": Xavi 2025-ci ilə qədər "Barselona"da qalacaq
14:00 / 22-04-2024
Mahaçev: "Puaryeni yerə yıxıb boğacağam"
13:55 / 22-04-2024
Rusiyanın gənclər komandasının voleybolçusu Mixailina 21 yaşında vəfat edib
13:49 / 22-04-2024
İsrail ordusunun baş kəşfiyyatçısı istefa verib
09:46 / 22-04-2024
15 yaşlı yeniyetmə bir neçə bıçaq zərbəsi alıb
08:56 / 22-04-2024
Birinci Qarabağ Müharibəsinin şəhidlərinin anım günü keçirilib-VİDEO+FOTOLAR
08:28 / 22-04-2024
"Real Madrid" "El Klasiko"da "Barselona"dan qələbə qazanıb
08:23 / 22-04-2024
ABŞ-ın Suriyadakı bazasına raket zərbələri endirilib
08:19 / 22-04-2024
Hizbullah Livan səmasında İsrailə məxsus "Hermes 450" təyyarəsini vurub
08:15 / 22-04-2024
Namizədlər Turniri: Hindistanlı Qukeş qalib gəldi
08:09 / 22-04-2024
Ussuriysk məhkəməsi uşaq meydançasına atəş açan şəxsi həbs edib
01:06 / 22-04-2024
Bakıda küçə musiqiçilərinə dəstək üçün konsert keçirildi
23:45 / 21-04-2024
Həmkəndlilər arasında mübahisə qətllə nəticələnib
23:41 / 21-04-2024
Şor və Hutsul Moldova prezidentliyinə namizəd olmayacaqlar
23:36 / 21-04-2024
14 yaşlı iki qız hamamda dəm qazından zəhərlənərək ölüb
23:31 / 21-04-2024
Panda Katyuşa artıq 22 kiloqramdır
23:27 / 21-04-2024
ABŞ gələn həftə kimi ATACMS-i Ukraynaya köçürə bilər
23:21 / 21-04-2024
Həştərxandakı bazarda yanğının yayılmasının qarşısını almaq mümkün olub
23:18 / 21-04-2024
"Feyenoord" futbolçuları Hollandiya kubokunun qalibi olub
23:12 / 21-04-2024
Şimal Hərbi Dairəsi zonasında 1300-dən çox hərbi kapellana ehtiyac var
23:06 / 21-04-2024
Ukrayna prezidentinin ofisi hesab edir ki, İlon Maskda məntiq yoxdur
23:01 / 21-04-2024
Sankt-Peterburqda qızın sinif yoldaşları tərəfindən döyülməsindən sonra araşdırma aparılır
22:55 / 21-04-2024
Moskva vilayətində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrini hədəfə alan hərbi radiostansiya tapılıb
22:40 / 21-04-2024
Litvada NATO müttəfiqlərinin iştirakı ilə hərbi təlimlər başlayıb
“Mən, həyatın sərt tufanlı dənizində tək qayığam”
Tarix: 11-06-2019 08:54 | Bölmə: Ədəbiyyat
"Saat əqrəbləri" tıqqıldaya-tıqqıldaya maskaları vaxtı çatanda çox rahatlıqla yırtıb, xeyirxah qiyafəsində olan zülmkarların əsl simasını hamıya çılpaqlığı ilə göstərir
Elə insanlar var ki, onlar öz ömürlərinə "beş günlük dünya" bucağından baxdıqlarından, onların bu dünyaya gəlişləri ilə gedişləri heç vaxt heç kimi maraqlandırmayır. Amma elələri də var ki, onlar həyata həqiqətən də əlavə rəng qatmağa, cəmiyyətin qaranlıq dolanbac yollarına işıq saçıb aydınlığa çıxarmağa, aləmi düşünməyə vadar etməyə, bir sözlə öz ömürlərini müqəddəs amal uğrunda fəda etməyə gəliblər. Məhz, Bakı Slavyan universitetinin pedaqoji fakültəsinin dekanı, "Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının baş redaktoru, Əməkdar jurnalist, Filologiya elmləri doktoru, professor Flora Naciyeva da belə insanlardandır.
Flora xanım çalışdığı universitetdə geridə qoyduğu illər ərzində təhsilin bakalavriat və magistr pillələrində təhsil alan yüzlərlə tələbənin, həmçinin onlarla doktorantın yetişdirilməsində gözünün nurunu verib. O, öz işində göstərdiyi yüksək peşəkarlığa görə dəfələrlə fəxri fərmanlarla təltif edilib və müxtəlif mükafatlara, həmçinin "Azərbaycanda ən yaxşı rus-dili və ədəbiyyatı müəllimi" adına layiq görülüb.
Filologiya elmləri doktoru, professor Flora Naci elmi, pedaqoji fəaliyyəti ilə yanaşı, həm də çox incə və həssas qəlbə sahib olan yaxşı şairədir. Onun mənə hədiyyə etdiyi "Həyatın qəfəsi" adlı şeirlər kitabını vərəqlədikcə, doğrusu Flora xanımın elm adamı olmaqla, eyni zamanda, poetik fikir daşıyıcısı olması, mənə çox maraqlı gəldi və ona görə də bu, məni onun şeirlərindəki dərin qatlara baş vurmağa sövq etdi.
Flora Naci şeirlərini, əsasən, rus dilində yazsa da, amma onun həm də ana dilimizdə yazdığı çoxlu sayda gözəl şeirləri vardır. Bu şeirlərin əsas mövzusunu həyat haqqında fəlsəfi düşüncələr, insana özünü dərketmə ehtiyacı, bununla bağlı daxili yaşantılar və ülvi duyğularının poetik mənzərəsi təşkil edir. Onun özünəməxsus tərzdə ifadə etdiyi incə lirika və dərin fəlsəfə hər bir şeirsevəri dərin düşüncələrə qərq edir.
O, "Saat" şeirində:
"Gecə sakitliyində
Saatın səsi gəlir.
Ömrümüzdən qopub düşən
Anları sayır bir-bir.
Əqrəbin hər tərpənişi
Azaldaraq gələcəyi
Artırır bizim keçmişimizi..." - deyir.
Yox, Flora xanım, gəlin bu arada bir az nikbin olaq. Saatın əqrəbi təkcə ömrünüzdən düşən anları saymır, o həm də bu anları üst-üstə toplayıb Sizin gələcək xatirə xəzinənizi daha da zənginləşdirir. Bununla yanaşı, eyni zamanda Sizə bu hisslərlə yaşamaq və oxucularınızın qulağına asta-asta həyatın qəfəs olduğunu pıçıldamaq üçün poetik şərait yaradır. Ona görə də "Mən" şeirinizin əvvəlində "Mən, həyatın coşub-daşan, qasırğalı, burulğanlı, sərt tufanlı dənizində tək qayığam" deyərək, anlaşılmaz, müəmma dolu xain düşmən cəbhəsində ələ keçərək "əsir" düşməməlisiniz. Buna Sizin heç bir haqqınız yoxdur. Çünki içinizdəki azadlıq, mətinlik, dəyanət və mübarizlik ruhu bunu Sizdən tələb edir.
Məgər,
"Bu həyatla çarpışıram var gücümlə,
Xilas olub qurtulmağa min ümidlə.
Yol tapacam, qovuşacam,
Azadlığım, səninlə mən!
Azadlığım, səninləyəm!!!" - deyən şair, zamandan hansısa bir halda çəkinərmi? Yox! Əksinə, onun əqrəblərinin üstünə gedər və ona qarşı meydan oxuyar!
Siz həyata teatr deyənlərlə razılaşmayıb - "Maska geyinmiş insanların maskaradıdır həyat" - deyirsiniz. Doğrudur, bəzən əsl insanlar maskalanmış maskaradların kim olduğunu ömrünün sonunadək tanıya bilməsə də, amma "saat əqrəbləri" tıqqıldaya-tıqqıldaya həmin maskaları vaxtı çatanda çox rahatlıqla yırtıb, xeyirxah qiyafəsində olan zülmkarların əsl simasını hamıya çılpaqlığı ilə göstərir.
Ona gərə də, Siz:
"Mənasız sabahlar,
Qəmli gecələr,
Həyatım bulanıq
Bir suya bənzər.
Görəsən, həmişə belə olacaq?" - deyəndə, mən qətiyyətlə yox! - deyirəm! Çünki elə Sizin özünüzün dediyiniz kimi, "Darıxmaq əbəsdir, dözmək gərəkdir, Bunların hamısı gəldi-gedərdi..."
Bəli, məhz elə belə düşünmək lazımdır. Heç şübhəsiz ki, həyat öz axarı ilə davam edəcək, ən kəskin pislik də vaxt ötdükcə sozalacaq və əbədi ömür sürən xeyirxahlıq, həmçinin xeyixah insanlar bu dünyadan köçüb getmiş olsalar belə, dünya durduqca ürəklərdə yaşayacaqlar.
Bu gün Flora xanımın doğum günüdür. Yaşının neçə olmasını bilməsəm də, amma mənim üçün bu insanda olan daxili, ruhi gənclik eşqi həmişə önəmli olub. Onun çalışdığı kollektivdə yüksək hörməti, tələbələr arasında sevimli müəllimə olması düşünürəm ki, bu insan haqqında əlavə nə isə söz deməyə zərurət yaratmır.
Hörmətli, Flora xanım, Sizi, incə və həssas qəlbə malik olan Azərbaycan xanımını, alimini, jurnalistini, şairini doğum günü münasibətilə ürəkdən təbrik edirəm! Qoy "həyatınız qəfəssiz", azad, günləriniz işıqlı, suyunuz duru olsun! Fikir, söz ümmanında üzən yaradıcılıq gəminiz isə, qoy açıq dənizdə bütün "tufanlardan" üzü ağ çıxsın, limana dönməyə tələsməsin!
Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Modern.az
Baxış sayı: 759
Bölməyə aid digər xəbərlər

19-04-2024, 12:41
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
17-04-2024, 21:58
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilib
28-03-2024, 23:35
ZİYALI ÖMRÜNÜN AKKORDLARI...
26-03-2024, 14:48
Şeirlər-İSMAYIL MƏRCANLI İMANZADƏ
7-03-2024, 23:27
VÜQAR,ƏHMƏD TÜRKSOY- UN QIZIL MEDALI İLƏ TƏLTİF OLUNUB
7-03-2024, 23:12
Kostomarov "Qanqster Peterburq" serialından mahnı oxudu
11-02-2024, 00:49
Sumqayıtda şair Sabir Yusifoğlunun xatirə gecəsi keçirilib-VİDEO+FOTOLAR
30-01-2024, 14:54
Dramaturq Aleksandr Gelmanı avtomobil vurub
26-12-2023, 20:56
Jurnalist və yazıçı Valeri Şamşurin vəfat edib
21-12-2023, 23:29
BACI İTİRMİŞƏM-VÜQAR ƏHMƏD
19-12-2023, 15:51
“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitab nəşr olunub
19-12-2023, 15:05
Təhlükəsizlik qüvvələri Akuninin kitablarını nəşr edən nəşriyyata gəlib
30-11-2023, 23:25
BİR ŞAİR YAŞAYIR MİNGƏÇEVİRDƏ...
28-11-2023, 16:41
Ankarada Sadiq Qurbanovun kitabının təqdimatı olub – FOTO
27-11-2023, 10:45
İrlandiyalı Pol Linç 2023-cü il üçün "Man Booke"r mükafatını qazandı
1-11-2023, 11:19
Buninin qardaşı qızı 100 yaşında dünyasını dəyişib
18-10-2023, 21:25
ŞAİRİN OXUCULAR QARŞISINDA POETİK HESABATI
16-10-2023, 14:46
Əlyazma kolleksiyaları oxuculara virtual təqdim olunur
15-10-2023, 22:09
Şair və rəssam Qavriil Lubnin vəfat edib
4-10-2023, 20:34
“Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimatı olub
24-09-2023, 20:54
AMEA Naxçıvan Bölməsində Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş konfrans
22-09-2023, 21:09
Qərbi Azərbaycan haqqında kitabın və sosioloji-tədqiqatın nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilib
13-09-2023, 15:11
Seyfəddin Dağlının “Gəcil qapısı” pomanının təqdimatı Keçirilib
10-09-2023, 00:17
“Heydər Əliyev ideyaları və müasir dövr” respublika elmi konfransının materialları çapdan çıxıb
3-09-2023, 22:18
YAZARLAR MƏDƏNİYYƏT İŞÇİLƏRİNİ MƏFTUN ETDİLƏR
15-08-2023, 00:28
ƏBÜLFƏT HƏSƏNOĞLU-ŞEİRLƏR
8-08-2023, 18:16
Vəfat etmiş tərcüməçi və yazıçı Leonid Volodarski
7-08-2023, 22:22
Uşaq kitablarının illüstratoru Nikolay Ustinov vəfat edib
13-07-2023, 14:50
“Naxçıvan paremioloji vahidləri: deyimlər, atalar sözləri və məsəllər” kitabının təqdimatı keçirilib
10-07-2023, 19:57
O, HEYDƏR DÜHASIDIR-Ramiz QASIMOV
7-07-2023, 22:48
QHT Azərbaycanın klassik və müasir ədəbiyyatını təbliğ edəcək
30-06-2023, 23:49
Həmişə sizinlə olan cəhənnəm-Əkbər Qoşalı
28-06-2023, 20:10
İSMAYIL İMANZADƏNİN UŞAQ ŞEİRLƏRİNDƏN İBARƏT “HƏR ÇƏMƏNDƏN BİR ÇİÇƏK” KİTABINA ÖN SÖZ-ADİLƏ NƏZƏROVA
23-06-2023, 20:44
Baş Prokurorluq tərəfindən "Özəl sektorda anti-korrupsiya standartları" mövzusuna həsr olunmuş kitab hazırlanıb
22-06-2023, 22:44
TANINMIŞ ALİMİN “HEYDƏR ƏLİYEV SİYASƏTİ: TARİX VƏ MÜASİRLİK” MONOQRAFİYASI NƏŞR EDİLİB-Ramiz Qasımov
22-06-2023, 22:37
AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı olub
10-06-2023, 20:04
AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı olub
27-05-2023, 22:21
Detektiv yazar Elbrus Kəlbiyevlə görüş keçirilib
24-05-2023, 00:22
Qərbi Azərbaycanın mədəni-ədəbi mühitinə həsr edilmiş elmi konfrans olub
19-05-2023, 19:17
Nizami Gəncəvi Dühası-Anar Rzayev
18-05-2023, 20:14
“Axtarışlar” jurnalının yeni nömrəsi nəşrdən çıxıb
17-05-2023, 19:52
“Naxçıvanın əlyazmalar xəzinəsi” kitabı nəşr olunub
16-05-2023, 21:02
Yeni nəşr olunmuş iki monoqrafiyanın təqdimatı olub
5-05-2023, 21:54
Əhliman Ərəfsəli doğma kəndində yad edilib
5-05-2023, 21:38
“Elmi əsərlər”in yeni nömrəsi çapdan çıxıb
5-05-2023, 20:34
Əhməd Cavadın Vətən idealı-Ramiz QASIMOV
1-05-2023, 21:21
KAMAL CAMALOV TƏDQİQATÇILIQ VƏ NATİQLİK MƏHARƏTİİLƏ SEÇİLƏN TƏDQİQATÇI ALİMDİR-Əbülfət Pələngov