Bütün xəbərlər
“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrında
Tarix: 05-06-2019 23:59 | Bölmə: Ədəbiyyat
                             
Mədəniyyətimizin, ədəbiyyatımızın xüsusilə teatrlarımızın  inkişafı və təbliği dövlətimizin milli dəyərlərinə bağlılığının əsas   göstəricilərindəndir.  Bu istiqamətdə imzalanan Sərəncamlar, incəsənət xadimlərinə, teatrlara göstərilən  diqqət və qayğıdan irəli gəlir. Cari mövsümdə 50 yaşını təntənəli şəkildə qeyd edən Sumqayıt Dövlət Dram Teatrı  böyük şövqlə bu əlahiddə qayğının tərənnümü olan sərəncamların həyata keçirilməsinə dair repertuar planını hazırlamışdır.
Sabaha-inamla.Az-a teatrın mətbuat xidmətindən verilən məlumata görə  yaradıcı heyət görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsinə dair  ölkə başçımızın imzaladığı  Sərəncama uyğun olaraq ədibin yaradıcılığından “Solğun çiçəklər” əsərinin yeni səhnə versiyası üzərində ilk məşqlərə başlamışdır.
Cəfər Cabbarlı ailə-məişət mövzusunda qələmə aldığı pyesdə həyatı realistik boyalarla təsvir edərək ədalətsizliyin , var-dövlət hərisliyinin hansı  fəlakətlərlə nəticələndiyini ustalıqla qələmə almışdır. Tamaşanın quruluşu teatrımıza dəvət olunmuş  istedadlı rejissor Elşən Zeynallıya həvalə olunmuşdur. Quruluşçu rəssam isə Şahin Hüseynlidir. Rollarda əməkdar artistlər Cəlal Məmmədov, Xatirə Süleymanova, Izaməddin Bağırov və aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı,  Elay Xasıyev, Sevda Hüseynova, Məryəm Hüseynli, Mətanət Əmirullayeva, Aynur Hümmətova, Dağlar Rüstəmov  və İlqar İbrahimov  çıxış edəcəklər. Qeyd edək ki tamaşanın ilk nümayişi  iyul ayının ilk həftələrində nəzərdə tutulur.
Sabaha-inamla.Az


Baxış sayı: 749


Bölməyə aid digər xəbərlər