Bütün xəbərlər
Planetlərdən birinə İmadəddin Nəsimin adı verilib
Tarix: 04-06-2019 09:14 | Bölmə: Ədəbiyyat

                           

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib.
Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, müvafiq vəsatət rəsədxananın fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, BAİ üzvü Əyyub Quliyev tərəfindən qaldırılıb.
Nəsimi planetinin kataloq nömrəsi 32939, hərəkət zonası isə Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağıdır.
Bu planet 1995-ci ilin oktyabrın 24-də Çexiya astronomları tərəfindən Klet Rəsədxanasında aşkar edilib və uzun müddət 1995 UN2 şərti adını daşıyıb. İndiyədək o, dünyanın müxtəlif rəsədxanalarında 807 dəfə müşahidə olunub.


Baxış sayı: 629


Bölməyə aid digər xəbərlər