"Gülyanağı qızımın toyuna çağırdım, gəlmədi"
Tarix: 03-06-2019 18:27 | Bölmə: Ədəbiyyat
"Gülyanağı qızımın toyuna çağırdım, gəlmədi"

"Gülyanaq Məmmədovanı qızımın toyuna çağırdım. İstədim, gəlib məclisi "Mən bu ömrü elə-belə yaşadım" mahnısı ilə açsın, amma gəlmədi. Düşündük, kənardan səsi verək. Sonra dedim ki, gəlmirsə, lazım deyil".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Ay Zaur" verilişində deyib. O, Xalq artisti Gülyanaq Məmmədovadan incidiyini etiraf edib. Sənətçi bildirib ki, həmkarını övladlığa götürdüyü qardaşı qızının toyuna çağırsa da, gəlməyib.
Mənzurə Əməkdar Artist Gülbahar Şükürlü ilə küsülü olduğunu  da söyləyib:
"Bir dəfə toyda dedi ki, mən solo ifa edirəm, heç kim oxumasın. Həmin ərəfədə də mən səhnəyə çıxmalı idim. Oxuyanda nə olur ki? Burada nə var?".
Sənətçi ailəsinə özünün baxdığını deyib:
"Ailədə beş uşaq olmuşuq. Üç bacımın vəziyyəti yaxşı deyil. Birinin əri rəhmətə gedib, o birininki xəstədir. Hamısına mən baxıram. Nə edim, tək yeyim? Alınmır... İki qardaşımın vəziyyəti yaxşıdır, biri həkimdir.
Dörd evim var idi, ikisini satdım. İflas etmişdim. İndi cəmi iki evim qalıb. Biznesim də var idi, amma bağlandı".


Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər
18-08-2019, 14:08 Şair Oqtay Rza vəfat edib