Sumqyıt İdrak liseyində dahi Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
Tarix: 18-05-2019 10:20 | Bölmə: Ədəbiyyat

Sumqyıt İdrak liseyində dahi Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə "Nəsimi" filmi haqqında video süjetnümaiş olunub.Sonra Nəsiminin həyat və yaradıcılığı ilə bağlı Azərbaycan jurnalının baş dedaktorunun müavini, tənqidçi Əsəd Cahangir danışıb. Xalq artisti Rasim Balayev "Nəsimi" filminə necə çəkilməsi ilə bağlı xatirələrindən danışıb və Nəsimidən qəzəl paçası ifa edib. Muğam ifaçısı Alma xanım Əhmədli Nəsininin "Etməgil" qəzəlini ifa edib. Eləcə də liseyin ədəbiyyat müəlliməsinin ifasında Nəsiminin qəzəli səslənib. Sumqayıt Dram Teatrının aktyorları -İzaməddin Bağırov,
                             
Cəlal Məmmədov və Şəmistan Süleynanlı dramaturq Əyub Qisasın "Şair və Sultan"  əsəri əsəri əsasında hazırlanmış eyni adlı tamaşadan parçalar ifa ediblər. Liseyin təsisçisi , pedaqoji elmlər doktoru professor Mönsüm Alışov Azərbaycan dövlətinin Nəsimi yaradıcılığına verdiyi qiymətdən danışıb və xalq artisti Rasim Balayevə hədiyyə təqdim edib.
Sabaha-inamla.Az
Günel Məmmədli











Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər
18-08-2019, 14:08 Şair Oqtay Rza vəfat edib