Bütün xəbərlər
İlahiyyat İnstutunda tələbələrin iştirakı ilə kitab müzakirəsi keçirilib (FOTO)
Tarix: 11-05-2019 23:26 | Bölmə: Ədəbiyyat



Prezident İlham Əliyev 17 yanvar 2019-cu il tarixdə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamdan irəli gələn müddəalara əsasən, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi, yazıçı-dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri”nin müzakirəsi keçirilib.
Aİİ-dən Trend-ə verilən məlumata görə, tələbələrin iştirakı ilə təşkil edilən tədbirdə “Molla Fəzləli”, “Qurbanəli bəy”, “Poçt qutusu”, “Danabaş kəndinin əhvalatları”, “Ölülər”, “Anamın kitabı”, “Buz” hekayələri gənclərin böyük marağına səbəb olub, geniş müzakirə obyektinə çevrilib.
Müzakirələr zamanı qeyd olunub ki, mütaliə insanın daxili aləminin zənginləşdirilməsində, dünyagörüşünün formalaşdırılmasında, nitq qabiliyyətinin inkişaf etdirilməsində xüsusi rol oynayır. Qiraət insani və iradi keyfiyyətlərin yaradılmasında, mənəviyyatın dolğunlaşdırılmasında əhəmiyyətli faktorlardan hesab edilir. Vurğulanıb ki, sözügedən əlamətlər gənclərdə mütaliəyə olan marağın artması ilə yanaşı, onlarda həm də bədii zövqün inkişafına təsir edir.
Aİİ-də təşkil edilən müxtəlif məzmunlu tədbirlərin əsas məqsədi tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, tarixə, milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılmasına töhfə verməkdir.
















Baxış sayı: 680


Bölməyə aid digər xəbərlər