Bütün xəbərlər
Yazıçı-dramaturq İsi Məlikzadənin 85 illiyi qeyd edilib
Tarix: 03-05-2019 10:32 | Bölmə: Ədəbiyyat

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı filialı müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq İsi Məlikzadənin anadan olmasının 85 illiyi münasibətilə “İsi Məlikzadə-85” adlı kitab sərgisi təşkil edib.
Baş İdarədən Trend-ə verilən məlumata görə, sərgidə yazıçının seçilmiş əsərləri, redaktoru olduğu, haqqında yazılmış kitablar nümayiş olunub.
Tədbirdə əvvəlcə yazıçının ömür yolu və yaradıcılığı barədə məlumat verilib. Bildirilib ki, ədəbiyyatımıza yeni qəhrəman tipi gətirmiş “60-cılar” ədəbi nəslinin nümayəndəsi olan İsi Məlikzadə müasir Azərbaycan povestinin yaradıcılarından biri, gözəl hekayələr müəllifi kimi tanınır. Onun əsərlərindəki özünəməxsus bədii gerçəkləri XX əsr Azərbaycan insanın, onun mənəvi aləmini, əxlaqını və yaşayış tərzini aydın və düzgün əks etdirir.
Sonra tədbir iştirakçıları kitab sərgisi ilə tanış olublar.


Baxış sayı: 635


Bölməyə aid digər xəbərlər