Bütün xəbərlər
Sumqayıtda növbəti yibiley tədbiri
Tarix: 19-04-2019 10:18 | Bölmə: Ədəbiyyat

Sumqayıt şəhəhərinin 70 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilməkdədir. Belə tədbirlərdən biri də Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində texniki və təbiət elmləri liseyinin  5-ci sinif şagirdləri tərəfindən keçirilib. Tədbirdə görkəmli ədəbiyyatşünüs,yazıçı, elm xadimi Mircəlal Paşayevin "Gülgəz" hekayəsi mütaliə və müzakirə olunub. Məktəblilər üçün yazılan bu əsərin mütaliə və müzakirə zamanı şagirdlər öz bilik və bacarıqlarını yüksək səviyyədə nümayiş etdiriblər. Alı baba, Məhiş müəllim, Gülgəz obrazları şagirdlər tərəfindən maraqla qarşlanıb.
Tədbirdə liseyin direktoru Rüxsarə Məmmədova və Təhsil Şöbəsinin metodisti Cəmilə Fəyyaz çıxış edib
Günel Məmmədli





Baxış sayı: 962


Bölməyə aid digər xəbərlər