Bütün xəbərlər
Möhsün Nağısoylu: “Zoologiya İnstitutunun quş adları ilə bağlı təklifini alqışlayıram“
Tarix: 05-04-2019 23:55 | Bölmə: Ədəbiyyat

                         


Bəzi quş növlərinin adının dəyişdirilməsi xəbərini oxuyanda bir az məyus oldum, çünki mənə məlumat verdilər ki, guya biz belə təkliflə çıxış etmişik. Halbuki, biz elə təklif verməmişik”.
“Report” xəbər verir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.
Direktor qeyd edib ki, mütəxəssislər bu işi daha yaxşı bildiyindən onların belə addım atması çox yaxşıdır: “Burada pərakəndəlik var. Halbuki, sabit adlar olmalıdır. Yəni bir anlayışı iki adla ifadə etmək elmi baxımdan da düzgün deyil. Bu baxımdan, Zoologiya İnstitutunun bu təklifini alqışlayıram, təqdir edirəm. Dilimizin daxili imkanlarını, milliliyi nəzərə alıb təkliflərlə çıxış etmək lazımdır. Ona görə də tərəfdarıyam ki, belə məsələlər müzakirə olunsun və yekun qərara gəlinsin. Əgər istəsələr, bizə də müraciət edə bilərlər və bu yaxşı olar. Dilçi kimi öz təkliflərimizi də verə bilərik. Yenə də mütəxəssislər işlərini daha yaxşı bilirlər”. 


Baxış sayı: 625


Bölməyə aid digər xəbərlər