Bütün xəbərlər
"Həmin xanəndə ailə dağıdıb" - Xoşqədəmdən daha bir şok
Tarix: 18-03-2019 19:46 | Bölmə: Ədəbiyyat
           "Həmin xanəndə ailə dağıdıb" - Xoşqədəmdən daha bir şok

"Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin bu gün baş tutan buraxılışında aparıcı Xoşqədəm Hidayətqızı xanəndələrdən biri ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, o, tanınmış ifaçılardan birinin ailə dağıtdığını bildirib:
"Hazırda həmin məsələni də araşdırıram və o insana heç bir güzəşt etməyəcəyəm. Nə bu, nə də Aysellə bağlı məsələdə geri çəkilməyəcəm".
Qeyd edək ki, Turanə adlı xanım keçmiş həyat yoldaşı Elçinlə ailəsini müğənni Aysel Əlizadənin dağıtdığını iddia edib. O, Elçinin avtosalonu olduğunu və tikinti ilə məşğul olduğunu bildirib. Hətta qadın iş adamının müğənniyə "Porsche" aldığını iddia edib.


Baxış sayı: 674


Bölməyə aid digər xəbərlər