Bütün xəbərlər
Ukraynada azərbaycanlı şairənin rus dilinə tərcümə olunmuş şerlər kitabı nəşr edilib
Tarix: 05-12-2018 19:27 | Bölmə: Ədəbiyyat

                       

 Ukraynada Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, şairə Xəzangül Hüseynovanın rus dilinə tərcümə olunmuş şerlər kitabı nəşr olunub. 
"Report" xəbər verir ki, “Завещание Богу” adlı kitabda müəllifin erməni vandalizminə həsr olunan “Я Зохра”, “Ультиматум” şerləri də yer alıb. Bundan başqa kitabda Azərbaycanı tanıdan şerlər də əksini tapıb.
Kitabın tərcüməçisi Nicat Məmmədov, redaktor və ön söz müəllifi Səlim Babullaoğludur.
Qeyd edək ki, bu, Xəzangül Hüseynovanın xarici dildə çap olunan üçüncü kitabıdır.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd


Baxış sayı: 799


Bölməyə aid digər xəbərlər