Bütün xəbərlər
AMEA-da onlayn iclas keçirilib
Tarix: 15-05-2020 01:22 | Bölmə: Ədəbiyyat
14 may 2020-ci il tarixində AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımovun iştirakı ilə online iclas keçirilmişdir. İclasda AMEA-nın bütün bölmələrinin Təhsil şöbələrinin rəhbərləri, o cümlədən AMEA Naxçıvan Bölməsi Elm və Təhsil şöbəsinin baş mütəxəssisi,filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova da iştirak etmişdir. Online iclas Zoom proqramı vasitəsilə həyata keçirilmişdir.İclasda AMEA-da magistratura və doktorantura təhsilinin cari vəziyyəti ilə bağlı məsələlər müzakirə olunmuşdur.Tədbiri giriş sözü ilə açan Fail Kazımovla yanaşı AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, Təhsil şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Magistratura şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Fikrət Feyziyev AMEA-da təhsil alan magistrantların kollekvumlarının və sessiya imtahanlarının vəziyyəti haqqında məlumat verərək imtahanların onlayn və ya ənənəvi keçirilməsi məsələsini iştirakşıların müzakirəsinə buraxmış, doktorant və dissertantların minimum imtahanlarının keçirilməsi, imtahanların tarixi ilə bağlı məlumatları təhsil şöbələrinin işçilərinin nəzərinə çatdırmışlar. Brinci hissəsi AMEA-da tədris prosesinin cari vəziyyətinə həsr edilmiş tədbirin ikinci hissəsində isə akademiya sistemində qarşıda duran məsələlər və pandemiyadan sonra görüləcək işlər müzakirə edilmişdir. Çıxışçılar müzakirələrlə bərabər iştirakçıları maraqlandıran sualları da cavablandırmış, təhsil işçilərinə gələcək fəaliyyətlərində yeni qəbul qaydaları ilə əlaqədar təklif və tövsiyələr vermişlər.
İclasda elmi rəhbərlərlə bağlı müzakirə olunan məsələyə münasibət bildirən Leyla Səfərova bu mövzuda qarşıya çıxan problemin həlli istiqamətində AMEA Naxçıvan Bölməsinin təcrübələrini bölüşmüş, şöbənin işi ilə əlaqədar suallarını müvafiq mütəxəssislərə ünvanlamışdır.
37 nəfərin iştirak etdiyi iclas iki saat davam etmişdir.
Sabaha-inamla.Az






Baxış sayı: 772


Bölməyə aid digər xəbərlər