Bütün xəbərlər
DÖRDYARPAQ YONCA-ƏMRAH FƏQANOĞLU
Tarix: 13-05-2020 14:43 | Bölmə: Ədəbiyyat
Maşında gedirəm. Radioda türk müğənnisi İrem Dericenin ifasında çox sevdiyim şərqilərdən biri səslənir:
Bu kadar zormu mutlu olması, sence?
Aşkımız dünyada dört yapraklı yonca.
Hayatın anlamı üç kelime, bence:
Seni çok seviyorum...
Xəyal məni çox -çox uzaqlara aparır. 5 - 6 yaşım olardı. Məhləmizin elə mən yaşda oğlanları ilə yaz günəşindən xumarlana -xumarlana kəndin aşağısında çilingağac oynayırdıq. Bu vaxt ahıl bir kişi bizə yaxınlaşıb, "sizə sözüm var, diqqətlə qulaq asın" söylədi. Oyunu yarımçıq qoyub onu dövrəyə aldıq. Ağsaqqal aramla sözə başladı: "Bu gündən dörd yarpaq yonca axtarmağa başlayın, kim o cür yoncadan 3-nü tapsa, 100 il yaşayacaq, 7-sini tapsa, heç vaxt ölməyəcək."
Biz uşaqlar da həmin gündən sadəlövhcəsinə dörd yarpaq yonca axtarışına çıxdıq. Axtardıq-axtardıq, amma tapa bilmədik və 100 il, yaxud da əbədilik yaşamaq şansımızı itirdiyimiz üçün kədərlənib qəm dəryasına qərq olduq...
Bir az böyüyüb dünyanı dərk edəndən, tələbə qardaş itkisindən sonra isə o dörd yarpaq yoncanı tapmadığıma şükr etdim. Yalanlar üzərində qurulan bu yalançı dünyada adam ümumiyyətlə, yaşamasa daha yaxşı imiş...



Baxış sayı: 947


Bölməyə aid digər xəbərlər