Bütün xəbərlər
Azərbaycanlı alimlər onlayn beynəlxalq elmi konfransda iştirak ediblər
Tarix: 07-05-2020 18:14 | Bölmə: Ədəbiyyat

Rusiya Federasiyası Başqırdstan Respublikasının Ufa şəhərində Ufa Dövlət Aviasiya Texniki Universitinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsinin (1941-1945) 75 illiyinə həsr edilmiş «Təhlükəsizliyin təmin edilməsi problemləri (Təhlükəsizlik 2020)» mövzusunda II Beynəlxalq Elmi-Parktiki konfrans (online sistemində) keçirilmişdir. Bu konfransda Azərbaycan alimləri də iştirak etmişdir. Onlardan AMEA-nın Fəlsəfə İnstitutu «Davamlı inkişafın fəlsəfəsi» şöbəsinin müdiri, professor Sakit Hüseynov «Ekoloji təhlükəsizliyin sosial-fəlsəfi mahiyyəti» mövzusunda, AzTU-nun professoru, f.e.d. Eyyub Kərimov «Ekoloji təhlükəsizlik beynəlxalq təhlükəsizlik konteksində» mövzuda və siyasi elmlər uzrə fəlsəfə doktoru Elvin Talışinski «İnformasiya təhlükəsizliyi siyasəti dövlət təhlükəsizliyi sistemində» mövzusunda məruzə ilə çıxış etmişlər. Məruzələr konfransın məcmuəsində dərc edilmiş və bir çox xarici ölkələrə paylanmışdır. Hazırki Covid-19 bütün dünyada yayıldığı şəraitdə təhlükəsizliklə bağlı alimlərimizin bu məruzələri mühüm aktuallıq kəsb edir. Məhz buna görə də həmyerlilərimizin məruzələri konfrans iştirakçılarının diqqətini xüsusi olaraq cəlb etmişdir. Buna görə konfrans təşkilatçıları bu məruzələrə görə alimlərimizə öz minnətdarlıqlarını bildirmişlər.

Sabaha-inamla.Az



Baxış sayı: 942


Bölməyə aid digər xəbərlər