Bütün xəbərlər
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib
Tarix: 04-05-2020 00:44 | Bölmə: Ədəbiyyat
Sabaha-inamla.Az-a AMEA Naxçıvan Bölməsindən verilən məlumata görəAMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib.
İclasda cari ilin ilk rübündə elmi müəsisənin fəaliyyəti, görülən işlər və əldə olunan nəticələrə dair müzakirələr aparılıb.
Tədbirdə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev xüsusi karantin rejimi dövründə müəssisə əməkdaşlarının “Evdə qal” prinsipini əsas götürərək Naxçıvanın ədəbi-mədəni mühitinin inkişaf tarixi, folkloru, onomastikası, dialekt və şivələri ilə bağlı tədqiqatlarını davam etdirdiklərini bildirib.
Sonra institutun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli əməkdaşların kütləvi informasiya vasitələrində elmi-kütləvi mövzularda çıxışları və qarşıdakı aylarda keçiriləcək elmi konfranslara hazırlığının vəziyyəti barədə məlumat verib.
Daha sonra institutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov, Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva, həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl və Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova çıxış edərək xüsusi karantin rejimi dövründə apardıqları tədqiqatlar, nəşrə hazırladıqları əsərlərlə bağlı gördükləri işləri diqqətə çatdırıblar.
Onlayn iclasa yekun vuran AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev qarşıda duran vəzifələrdən danışıb, əməkdaşlara müvafiq tapşırıq və tövsiyələrini verib.


Baxış sayı: 634


Bölməyə aid digər xəbərlər