01:51 / 25-04-2024
Şəhid Elvin Həsənovun mövludu olub-VİDEO+FOTOLAR
23:52 / 24-04-2024
Fransada Olimpiadada terror aktı planlaşdıran yeniyetmə saxlanılıb
22:59 / 24-04-2024
Moskva vilayəti hökumətinin keçmiş sədr müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
22:31 / 24-04-2024
İlon Mask əmindir ki, gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq
22:24 / 24-04-2024
Bayden: "ABŞ bir neçə saat ərzində Ukraynaya silah tədarükünü bərpa edəcək"
22:20 / 24-04-2024
Dudayev: "Kadırov həddindən artıq güc, sağlamlıq və enerji ilə xəstədir"
22:15 / 24-04-2024
Üç rusiyalı boksçu Avro-2024-də medallara zəmanət verib
22:11 / 24-04-2024
Komi məhkəməsi Kasparov və Qudkovu qiyabi həbs edib
22:07 / 24-04-2024
FSB Tambovda terror aktı hazırlayan diversantı saxlayıb
21:55 / 24-04-2024
Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurları-Aybəniz Rüstəmova
21:45 / 24-04-2024
Lukaşenko bildirib ki, o, heç vaxt oğru olmayıb və övladlarına buna imkan verməyəcək
21:41 / 24-04-2024
Podnosova: "2023-cü ildə 39 milyon məhkəmə işinə baxılıb"
21:35 / 24-04-2024
Rusiyanın məhkəmə sistemində ciddi dəyişikliklər olmayacaq
21:32 / 24-04-2024
Pentaqon ATACMS raketlərinin Ukraynaya verildiyini təsdiqləyib
16:00 / 24-04-2024
Ukrayna Avropa Komissiyasından 1,5 milyard avro alıb
15:52 / 24-04-2024
"Spartak"ın sabiq baş məşqçisi Tedesko "Milan"ın qısa siyahısına daxil olub
15:46 / 24-04-2024
Qonşusunun qarajında qumbaranı partladıb
15:41 / 24-04-2024
Metroya giriş üçün pul ödəmək istəməyib...
15:31 / 24-04-2024
Londonda Kral At Mühafizəsinin bütün qaçan atları tutuldu
15:25 / 24-04-2024
Simferopol yaxınlığında çənlərin alışması nəticəsində 3 nəfər xəsarət alıb
10:49 / 24-04-2024
Ryazan yaxınlığında baş verən qəzada adi avtobusun sürücüsü həlak olub, 13 nəfər yaralanıb
10:37 / 24-04-2024
Primoryedə müalicə olunduqdan sonra nadir qartal təbiətə buraxılıb
10:31 / 24-04-2024
Odessada hərbi obyektdə baş verən partlayışlardan sonra şəhərin enerjisi qismən kəsilib
23:59 / 23-04-2024
Rusiya və ABŞ WADA-nın Çindən olan üzgüçülərlə bağlı qərarını tənqid edib
23:46 / 23-04-2024
Alek Bolduin təxribatçı jurnalistin əlindən telefonu çıxarıb
23:34 / 23-04-2024
Puşilin DXR rəhbərinin administrasiyasını ləğv etdi
23:27 / 23-04-2024
NATO Rusiya ilə münaqişə axtarmadığını bildirib
23:20 / 23-04-2024
Putinə müdafiə nazirinin müavininin saxlanması barədə məlumat verilib
22:50 / 23-04-2024
Zaporojye vilayətində PUA-nın hücumu nəticəsində 4 mülki şəxs həlak olub
22:44 / 23-04-2024
Rusiya müdafiə nazirinin müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
21:40 / 23-04-2024
Dani Olmo "RB Leipzig"dən ayrılaraq "Barselona"ya keçə bilər
21:35 / 23-04-2024
Paris Saint-Germain "Barselona"nın vunderkindi üçün 200 milyon avro ödəməyə hazırdır
21:30 / 23-04-2024
Baydenin helikopteri qazonda otların yanması səbəbindən ehtiyat vəziyyətinə gətirilib
21:25 / 23-04-2024
Bryanskda partlayış hazırlayan terror təşkilatının üzvü həbs edilib
21:19 / 23-04-2024
Raisi İsraili məhv etməklə hədələyib
21:13 / 23-04-2024
ABŞ Ukraynaya daha bir hərbi yardım paketi təqdim etməyə hazırlaşır
BURA NAXÇIVANDIR, NAXÇIVAN!
Tarix: 02-05-2020 01:36 | Bölmə: Ədəbiyyat
I yazı
Xalq şairi Məmməd Arazın öz və söz dünyasında Naxçıvan qeyrət qalasıtək təcəssüm tapır
Xalq şairi Məmməd Araz (1933-2004) XX əsr Azərbaycan şeirinin yeni inkişaf yolunu müəyyənləşdirən və onun zənginləşməsinə xidmət edən qüdrətli söz ustalarından biridir. Qırx ildən artıq bir mərhələdə özünün qeyri-adi sənətkarlıq qüdrəti, fövqəl poetik qələmi ilə Azərbaycan poeziyasının mövzu cəhətdən zənginləşməsi və poetexnikasının əlvanlaşmasına xidmət etmişdir. Milli mündəricəli ustad sənətkar çoxşaxəli və zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında istiqlal düşüncəsi və milli birliyin təbliğinə böyük cəsarət göstərmişdir. Milli söykökə, mental dəyərlərə, adət-ənənələrə, xalq həyatı, düşüncəsi və yaşayış tərzinə yüksək sədaqətlə bağlı olan Xalq şairinin yaradıcılığı Azərbaycan ictimai fikri və ədəbiyyatında milli düşüncənin dərinləşməsinə təkan vermişdir. Azərbaycan xalqının milli müqəddəratı və tarixi taleyi, vətən məhəbbəti və mübarizlik onun yaradıcılığı üçün başlıca mövzu təşkil etmişdir. Məmməd Araz yaradıcılığına dərin məhəbbət bəsləyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu görkəmli sənətkarın yaradıcılığını böyük ustalıqla səciyyələndirə və yüksək dəyərləndirərək demişdir:“Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir”. Onun poeziyası vətəndaşlıq lirikası kimi səciyyələndirilir. Vətən mövzusu onun zəngin poeziyasının ali mövqeyini təşkil edir. Milli ədəbiyyatımızda vətəndaşlıq konsepsiyasının poetik təzahürünü də məhz bu görkəmli söz ustadı yaratmışdır.
Vətən sərhədləri “ürəyinin kandarından” başlayan görkəmli Xalq şairi Məmməd Arazın öz və söz dünyasında onun doğulub boya-başa çatdığı ulu Naxçıvan torpağı həmişə mühüm yer tutub. Bu vətənpərvər Xalq şairi doğulduğu, boy atıb böyüdüyü Naxçıvanı öz yaradıcılığında təkcə vəsf etmir, həm də baxışı, istedadı və dünyasının qibləsi, qibləgahı hesab edib:
Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim ürəyimin bir parçasıdır,
Doğma Şahbuzum da, Naxçıvanım da.
Mən burdan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axan çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim.
Şair vətəni Azərbaycanın əsrarəngiz bir guşəsi, dilbər bir yurdu, alınmaz qalası olan Naxçıvanı özünün təbiəti, özünəməxsus havası, iqlimi, qədim tarixi, zəngin mənəvi dəyərləri ilə şəxsiyyətinin nüvəsi, istedadının və dünyagörüşünün təməli hesab edir. Şair doğulub boya-başa çatdığı Naxçıvanı özünəməxsus poetik dil və ustalıqla öyür, təbiətini vəsf edir:
Bir bağban əli var təbiətində -
Dağda çiçəyi bol, bağda barı bol.
O, yaxın dostudur təbiətin də,
Yayda günəşi bol, qışda qarı bol.
Şair bu qədim yurdun tarixini də vəsf etməyi unutmur, onun insanlığın ən qədim yaşayış, mədəniyyət yurdu olmasını da əks etdirir:
Seyr elə Arazı bir yaz səhəri,
Bir tarix dil açır onun səsində.
Bu yerin min dərdi, min də kədəri,
Yazılmış Atabəy məqbərəsində.
Yaxşı bax, hər qara qayanın, dağın,
Dibi Zərdüştlərin ocaq yeridir.
O gündən üstündə ana torpağın
Qalan min yağının ləpirləridir.
Şair öz mövcudiyyətini uğurla davam etdirib günü-gündən inkişaf edən, al-əlvan, çırağban bir diyara çevrilən Naxçıvanın şəninə nəğmə qoşur, onun bügünkü gözəlliyindən və şöhrətindən vüqarla, fəxarətlə bəhs edir:
Biz nöqtə qoymuşuq acıya, dərdə,
Ömrü ulduzlardan almışıq indi.
Babamız qəm əkib, qəm biçən yerdə
Çiçəkli bağ-bağat salmışıq indi.
...Şəhərim çırağban, kəndim çırağban,
Kəhkəşan sinəmdən nur alsın deyir.
Onun gecəsinin işıqlarından
O tayın gündüzü işıq istəyir.
Hətta şair bu inkişaf və qüdrətdən boy atan ümid üfiqlərində o tayı – Cənubi Azərbaycanı da unutmur. Öz çil-çıraq işıqları ilə yanıb-şölələnən Naxçıvanın işıqlarından qaranlığa bürünmüş Cənubi Azərbaycanın da işıqlanmasını, bəxtinin, güzəranının ağarmasını istəyir.
Bu sonsuz məhəbbətlə şairin söz dünyasında bir də uşaqlığını, ilk gəncliyini yaşadığı, qocalığında həsrətinə, xatirələrinə büründüyü Naxçıvan dünyasını yaradır və adını da belə qoyur – “Naxçıvan albomu”. Bu “albom”da Naxçıvan sazı-sözü ilə, təbiəti, dağı, dərəsi ilə, gündüzləri, gecələrilə, bu günü, keçmişi, şanlı tarixi, mədəniyyətilə bir-bir açılır, səhifələnir. 2010-cu ildə şairin ömür-gün yoldaşı Gülxanım Fətəliqızının nəşrə hazırladığı və çap etdirdiyi “Naxçıvan albomu” (Bakı, “Elm və təhsil”, 2010, 216 s.) kitabının ilk səhifələrində də haqlı olaraq yazılır: “Ana yurdun hər daşına üz qoymağı arzulayan və bu arzu ilə Azərbaycan dünyasından dünyaya baxan şair “Qarabağ simfoniyası”, “Yer üzünün Qarabağ düzü”, “Masallının baharı”, “Kür qovuşur Səlyana”, “Torpaqda göyərən ucalıq” kimi gözəl əsərlərini yaratdı. Şirvan, Muğan, Mil düzlərini qarış-qarış gəzib onların “sevinci ilə sevindi”, “qəmi ilə qəmləndi”. Göz açıb ilk dəfə dünyaya baxan bu körpənin nəzərində ata ocağı Naxçıvan böyüyür, böyüyür – böyük Azərbaycan olur. Lakin ata ocağından cismən ayrılsa da, mənən ayrılmır. Və “Naxçıvan albomu” kimi qiymətli bir əsər yazılır. Bəli, Naxçıvan albomu”.
Ümumiyyətlə, böyük ustad dərindən də dərin həssaslıqla sevdiyi, bağlandığı bu ulu torpağı nəinki heç zaman unutmamış, onu söz zirvəsinə qaldırmış, sözün qanadlarında onu tərənnüm etdiyi boyalarla, əlvanlıq və zənginliklərlə, hərtərəfli göz oxşayan gözəlliklərilə gələcəyə daşıyır. “Naxçıvan albomu”, “Bura Naxçıvandır”, “Kəndim, balacasan, çox balacasan”, “Məmməd Araz qayası”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Arpaçay nəğməsi”, “Bacım Gülsümə məktub”, “Nənəmin kitabı”, “Atamın kitabı”, “Mənim Naxçıvanım” (ssenari), “Arpaçayın aşıb-daşan nəğməsi”, “Naxçıvan, “Şərq qapısı” qəzeti redaksiyasına” və bir çox əsərlərində dəfələrlə dönüb Naxçıvana baxaraq qəlbində xatirələrlə oyalanmış, sanki bir məhəbbət dastanı – “Məmməd Araz və Naxçıvan” dastanı yaratmışdır. Janrca müxtəlif olan bu əsərlərin hər birində eyni bir yanğı, alovlu bir məhəbbət var. Bəzilərində giley, bəzilərində nigarançılıq, bəzilərində həsrət, bəzilərində isə məhəbbət, ümid, vəsf, xatirə var. “Kəndim, balacasan, çox balacasan” deyən şair kəndinin timsalında dərindən bağlı olduğu Naxçıvanı əhatə edən təhlükələrdən, qara-qorxulardan qayğılanır:
Kəndim, balacasan, çox balacasan,
Sənin qayğıların yuxuluq deyil.
Mənim yuxularım yuxuya sığmaz,
Elə qorxular var, qorxuluq deyil,
Elə qorxular var, qorxuya sığmaz.
Bu baxımdan şair “Bura Naxçıvandır” şeirində bu ulu yurda tamah salıb göz dikənlərin iştahasına zəhər qatır, tarixən xalqın düşmənə verdiyi dərsdən başqa bir də şair özü öz məharitilə söz dərsini verir:
Bura Naxçıvandı, Naxçıvan.
Bu torpağın daşına da hürən olub,
Qumunu da, külünü də eşən olub.
Tüstümüzə, odumuza hürən olub.
Soyumuza, adımıza hürən olub.
Qəlpə-qəlpə daş qoparıb
məqam tapıb.
Yurdumuzun daşlarından.
Yalaq əkmək səriştəli –
qara əllər,
Böhtan əkmək səriştəli –
ara əllər.
Marıqdadır düşmən hələ,
Qorxur, qorxur Zəngəzurun
Sahibləri qəfil gələr.
Bazarçayın, Zəngiçayın,
Qaragölün, Üçtəpənin,
İşıqlının, İşıqların,
Göyçənin, Göyçəgölün
Sahibləri birdən gələr!
Göründüyü kimi, vətən oğlu, təpədən dırnağa vətənpərvər insan Məmməd Araz Naxçıvana göz dikən, tamahı başına bəla olan mənfur düşmənlərin hiylə, amal, kələklərini nifrətə tuş edir. Onların müxtəlif vaxtlar xalqımızdan, vətənimizdən qopardıqları dədə-baba torpaqlarını yada salır, düşmənin alınmış bu torpaqlar üstündə səksəkə içində “yaşadığını” bildirir. Bu əsər 1999-cu ildə, yəni dövlət müstəqilliyini yenicə bərpa etmiş, müdrik lider Heydər Əliyevin rəhbərliyilə müstəqil dövlətçiliyin möhkəmləndirildiyi, eləcə də Azərbaycanda yeni vətən müharibəsinin yaşandığı, Azərbaycan torpaqlarına yeni faşizm olaraq meydana çıxan ermənilərin işğalçı təxribatlar apardıqları bir dönəmdə, bu saxtakar və mənfur xalqın hiylələrinə cavab olaraq yazılıb. Var səsilə hayqıran, vətən övladlarına səslənən istiqlal şairi Məmməd Araz yeni nəsilləri oyaq və ayıq olmağa çağırardı:
Vətən oğlu, gözün yatsa,
Kirpiyini ayıq saxla.
Hənirtini ayıq saxla.
Nəfəsini ayıq saxla.
Biz- biri min,
Biz – mini bir!
Bura Naxçıvandı, bura Naxçıvan!
Buradan hər oba, oymaq görünür.
Murov, Dəlidağ görünür.
Səslət bu harayı, bu andı, oğul!
Yolumuzun yolu burdan.
Göyümüzün yolu burdan,
Burdan keçir, burdan oğul!
Sərilməz, əyilməz qalamız
Naxçıvan!
Bura Naxçıvandır, oğul!!!
Buna görə də Xalq şairi “Siyasət çayları boy verməz sənə, Göydələn şəhərlər hay verməz sənə”, - deyə sanki balaca bir kəndin timsalında mənsub olduğu Vətəninin məsələlərinin hansısa göydələnlər şəhərlərində deyil, məhz özündə, öz inadı, birliyi və gücü ilə həll ediləcəyinə inam ehtiva edirdi.
Xalq şairi bir çox əsərlərində, xüsusilə Naxçıvanla, Qarabağ və onun ətraf ərazilərilə bağlı yazılan şeirlərində erməni məkri, düşmən fitnəsi, işğalçılıq niyyəti barədə narahatlıqlarını ifadə etmişdir. Bu cəhətdən şairin “Tarixçi alimə” şeirində öz yerini tapan ciddi mətləblər də düşmən hiylələrini tənqid və təqdim etmək baxımından maraqlıdır. Məmməd Araz qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürk timsalı tarixçi alimə həqiqətləri söyləməyi, doğrunu deməyi daha haqq və düzgün bilirdi. “Hər daşda hənir var – ayağa qaldır, O kərpic qocanın yapış qolundan”, - deyən Xalq şairi daşın yaşına, tarixinə diqqətlə yanaşmağı tarixçi alimin ədalətli həqiqət axtarıcılığı kimi qiymət verirdi. Söz yox, bu, o zaman diqqətə çatdırılırdı ki, mənfur niyyətli, işğalçı düşüncəli, oğru və quldur bir millət kimi özlərini təsdiqlətmiş ermənilər köməkdarları ilə birlikdə yalançı tarix quraşdırmağa cəhd edir, Azərbaycan ərazilərində saxta “tarixi” daşlar qazıb basdırmaqla həqiqətdən uzaq “tarixçələr” quramağa səy göstərirdilər. Buna görə vətənpərvər ziyalı Xalq şairi Məmməd Araz böyük pafosla deyirdi:
Tarixə dəyməsin yalan barmağı,
Haqqım yox quşun da haqqını danam.
Mən öz keçmişinə heykəl yonmağı
Alnına yazdıran oğullardanam.
...Dilimin ətrindən dili kallaşan,
Təzə dil axtaran dillərdən qorun.
Dünənki tarixi bugünkü daşa
Yamayıb, basdıran əllərdən qorun.
Əlbəttə, apaçıq görünür ki, milli heysiyyətli vətəndaş şair niyyəti, əməli pozuq ermənilərin hiylələrindən xalqını qorumaq üçün öz haqq səsini cəsarətlə qaldırırdı. Milli qeyrətli şairin Azərbaycan adət-ənənələrini, abidələrini, mətbəxini, sözlərini oğurlamaqla özlərinə “erməni tarixi, erməni dili, erməni adətləri, erməni mətbəxi” və s. quramağa çalışan mənfur bir etnik qrupun hiylə və axmaq niyyətlərini faş edirdi. Əlbəttə, o zaman “Qardaş olub Hayastan, Azərbaycan” kimi süni nidalar altında “dostluq, qardaşlıq” mühiti formlaşadırılan bir dövrdə belə sözləri söyləmək heç də asan deyildi. Bu saxta, mənfir niyyətləri başa düşməkdən tutmuş onu dostcanlı, xoş niyyətli xalqına anlatmaq Məmməd Arazın böyük cəsarəti, vətəndaşlıq qeyrəti idi. Buna görə də Naxçıvana, Qarabağa “hürən” mənfur itlərin niyyətindən xalqını hali etmək üçün Xalq şairi dilini qasid, sinəsini sipər edir, başını ətəyinə qoymağa vadar olurdu. Saxta daş basdıranların niyyətini də, əməlini də şeirlərində ifşa edir, yalanlarını üzə çıxarır, niyyətlərini ortaya qoyurdu.
Beləliklə, yaradıcılığında hər zaman dönüb-dönüb Naxçıvana boylanan qeyrətli şair onu bütün əzəmətilə əks etdirməyə nail olmuşdur. Onun yaradıcılığında ulu Naxçıvan tarixilə, həyat, düşüncə və yaşayış tərzilə, dəyərləri və bütün sərvətlərilə əks olunmuş, ədəbi tarixə çevrilərək gələcəyə daşınmışdır. Bu baxımdan Xalq şairi Məmməd Arazın yaradıcılığı müəyyən mənada Naxçıvannamə, geniş mənada vətənnamədir. Xalq şairi “haqq bağıran səs” olaraq da Naxçıvana – vətənin bu alınmaz, dilbər guşəsinə olan hiyləgər düşmən iddialarına da cavab verməyi özünə borc bilmiş, oğru millətin talançı niyyətindən vətən övladlarını xəbərdar etməyə çalışmışdır. Məmməd Araz döyüşkən bir vətən oğlu kimi ədəbiyyatın “müsəlləh bir əsgəri” olaraq öz şeirlərilə vətən uğrunda düşmənə qarşı döyüşmüş, sarsılmaz vətən məhəbbəti, yurd sevgisi təcəssüm etdirmişdir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 1 173
Bölməyə aid digər xəbərlər

19-04-2024, 12:41
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
17-04-2024, 21:58
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilib
28-03-2024, 23:35
ZİYALI ÖMRÜNÜN AKKORDLARI...
26-03-2024, 14:48
Şeirlər-İSMAYIL MƏRCANLI İMANZADƏ
7-03-2024, 23:27
VÜQAR,ƏHMƏD TÜRKSOY- UN QIZIL MEDALI İLƏ TƏLTİF OLUNUB
7-03-2024, 23:12
Kostomarov "Qanqster Peterburq" serialından mahnı oxudu
11-02-2024, 00:49
Sumqayıtda şair Sabir Yusifoğlunun xatirə gecəsi keçirilib-VİDEO+FOTOLAR
30-01-2024, 14:54
Dramaturq Aleksandr Gelmanı avtomobil vurub
26-12-2023, 20:56
Jurnalist və yazıçı Valeri Şamşurin vəfat edib
21-12-2023, 23:29
BACI İTİRMİŞƏM-VÜQAR ƏHMƏD
19-12-2023, 15:51
“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitab nəşr olunub
19-12-2023, 15:05
Təhlükəsizlik qüvvələri Akuninin kitablarını nəşr edən nəşriyyata gəlib
30-11-2023, 23:25
BİR ŞAİR YAŞAYIR MİNGƏÇEVİRDƏ...
28-11-2023, 16:41
Ankarada Sadiq Qurbanovun kitabının təqdimatı olub – FOTO
27-11-2023, 10:45
İrlandiyalı Pol Linç 2023-cü il üçün "Man Booke"r mükafatını qazandı
1-11-2023, 11:19
Buninin qardaşı qızı 100 yaşında dünyasını dəyişib
18-10-2023, 21:25
ŞAİRİN OXUCULAR QARŞISINDA POETİK HESABATI
16-10-2023, 14:46
Əlyazma kolleksiyaları oxuculara virtual təqdim olunur
15-10-2023, 22:09
Şair və rəssam Qavriil Lubnin vəfat edib
4-10-2023, 20:34
“Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimatı olub
24-09-2023, 20:54
AMEA Naxçıvan Bölməsində Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş konfrans
22-09-2023, 21:09
Qərbi Azərbaycan haqqında kitabın və sosioloji-tədqiqatın nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilib
13-09-2023, 15:11
Seyfəddin Dağlının “Gəcil qapısı” pomanının təqdimatı Keçirilib
10-09-2023, 00:17
“Heydər Əliyev ideyaları və müasir dövr” respublika elmi konfransının materialları çapdan çıxıb
3-09-2023, 22:18
YAZARLAR MƏDƏNİYYƏT İŞÇİLƏRİNİ MƏFTUN ETDİLƏR
15-08-2023, 00:28
ƏBÜLFƏT HƏSƏNOĞLU-ŞEİRLƏR
8-08-2023, 18:16
Vəfat etmiş tərcüməçi və yazıçı Leonid Volodarski
7-08-2023, 22:22
Uşaq kitablarının illüstratoru Nikolay Ustinov vəfat edib
13-07-2023, 14:50
“Naxçıvan paremioloji vahidləri: deyimlər, atalar sözləri və məsəllər” kitabının təqdimatı keçirilib
10-07-2023, 19:57
O, HEYDƏR DÜHASIDIR-Ramiz QASIMOV
7-07-2023, 22:48
QHT Azərbaycanın klassik və müasir ədəbiyyatını təbliğ edəcək
30-06-2023, 23:49
Həmişə sizinlə olan cəhənnəm-Əkbər Qoşalı
28-06-2023, 20:10
İSMAYIL İMANZADƏNİN UŞAQ ŞEİRLƏRİNDƏN İBARƏT “HƏR ÇƏMƏNDƏN BİR ÇİÇƏK” KİTABINA ÖN SÖZ-ADİLƏ NƏZƏROVA
23-06-2023, 20:44
Baş Prokurorluq tərəfindən "Özəl sektorda anti-korrupsiya standartları" mövzusuna həsr olunmuş kitab hazırlanıb
22-06-2023, 22:44
TANINMIŞ ALİMİN “HEYDƏR ƏLİYEV SİYASƏTİ: TARİX VƏ MÜASİRLİK” MONOQRAFİYASI NƏŞR EDİLİB-Ramiz Qasımov
22-06-2023, 22:37
AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı olub
10-06-2023, 20:04
AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı olub
27-05-2023, 22:21
Detektiv yazar Elbrus Kəlbiyevlə görüş keçirilib
24-05-2023, 00:22
Qərbi Azərbaycanın mədəni-ədəbi mühitinə həsr edilmiş elmi konfrans olub
19-05-2023, 19:17
Nizami Gəncəvi Dühası-Anar Rzayev
18-05-2023, 20:14
“Axtarışlar” jurnalının yeni nömrəsi nəşrdən çıxıb
17-05-2023, 19:52
“Naxçıvanın əlyazmalar xəzinəsi” kitabı nəşr olunub
16-05-2023, 21:02
Yeni nəşr olunmuş iki monoqrafiyanın təqdimatı olub
5-05-2023, 21:54
Əhliman Ərəfsəli doğma kəndində yad edilib
5-05-2023, 21:38
“Elmi əsərlər”in yeni nömrəsi çapdan çıxıb
5-05-2023, 20:34
Əhməd Cavadın Vətən idealı-Ramiz QASIMOV
1-05-2023, 21:21
KAMAL CAMALOV TƏDQİQATÇILIQ VƏ NATİQLİK MƏHARƏTİİLƏ SEÇİLƏN TƏDQİQATÇI ALİMDİR-Əbülfət Pələngov